Qambiya nümayəndə heyəti İçərişəhərlə tanış olmuşdur

Bakıda səfərdə olan Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar üzrə naziri Usman Cammehin başçılıq etdiyi nümayəndə heyəti paytaxtın görməli yerləri ilə tanış olmuşdur.
Gəzinti Qız Qalası ilə tanışlıqdan başlamışdır. Bakının simvolu əzəmətli Qız Qalasının tarixi barədə qambiyalı nazirə ətraflı məlumat verilmişdir.
Sonra Qız Qalasının yaxınlığında yerləşən Sıratağlı dini-memarlıq kompleksinin ("Bazar Meydanı") ərazisindəki daş eksponatlarından ibarət ekspozisiyasının yenidən təşkili barədə danışılmış, bildirilmişdir ki, bu işlər müasir beynəlxalq tələblərə uyğun həyata keçirilmişdir.
Orta əsr şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanışlıq zamanı məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi ansamblın tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür.
Daha sonra qonaqlar Azərbaycanın geniş tarixi iqtisadi-mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidələr - Buxara və Multanı Karvansaraları ilə tanış olmuşlar.
Gəzintinin sonunda Filarmoniya bağında qonaqların şərəfinə çay süfrəsi təşkil olunmuşdur.
Sonda nazir Usman Cammeh İçərişəhərin Fəxri qonaqlar kitabına öz ürək sözlərini yazmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında