"Üzeyir Hacıbəyli-125" Beynəlxalq musiqi festivalı çərçivəsində növbəti konsert olmuşdur

Dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli sərəncamına əsasən təşkil edilmiş Beynəlxalq musiqi festivalı uğurla davam edir.
Sentyabrın 21-də festival çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilmişdir.
Filarmoniyanın foyesində dahi sənətkar Üzeyir Hacıbəylinin və digər Azərbaycan bəstəkarlarının həyat və yaradıcılıqlarından bəhs edən fotosərgi açılmışdır.
Solistləri Moskva Konservatoriyasının professoru, Beynəlxalq müsabiqələr laureatı Nina Koqan və Toronta şəhəri Kral Konservatoriyasının professoru Atis Bankas olan konsertin dirijoru Azərbaycanın əməkdar incəsənət xadimi İsmayıl Hacıyevdir.
Konsertin proqramına Ü.Hacıbəyli, Q.Qarayev, D.Şostakoviç, İ.Hacıyevin və digər bəstəkarların əsərləri daxil edilmişdir.
Gecədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə iştirak etmişdir.
Kamera Orkestrinin konserti maraqla qarşılanmışdır.
"Üzeyir Hacıbəyli-125" Beynəlxalq musiqi festivalina sentyabrın 28-də yekun vurulacaqdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında