Mədəniyyət xəbərləri

Azərbaycanda Özbəkistan kino həftəsi
Bu il oktyabrın ikinci yarısında Azərbaycanda Özbəkistan kino həftəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həftə ərzində kinoteatrlarımızda Özbəkistan kinematoqrafiyasının məşhur filmləri nümayiş olunacaq.

{nl}

Bakıda II Beynəlxalq Muğam Festivalı keçiriləcək
Gələn il Bakıda keçiriləcək II Beynəlxalq Muğam Festivalına hazırlıq prosesi artıq başlanıb. Bu barədə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə məlumat verib. Bununla əlaqədar olaraq hər ay ittifaqda "II Beynəlxalq Muğam Festivalı ərəfəsində" mövzusunda tədbir keçirilir. "Artıq muğamlarımızla bağlı kitabların təqdimatı olub, elmi konfranslar keçirilib, muğam ifaçıları ilə görüşlər təşkil edilib. Bu festivalın Novruz bayramına təsadüf etməsini istəyirik", - deyə xalq artisti əlavə edib.
F.Əlizadənin sözlərinə görə, festivalda iştirak etmək üçün bir neçə xarici ölkədən müraciətlər daxil olub. "Hətta birinci festivalda iştirak edənlər ikinci dəfə də gəlmək istəyirlər. Lakin biz istəyirik ki, yeni tərkib olsun və festival yüksək səviyyədə baş tutsun", - deyə o qeyd edib.

{nl}

"Sahə" filmi "Oskar"a təqdim olunub
Azərbaycan və Gürcüstanın birgə istehsalı olan "Sahə" filmi dünyanın ən məşhur film mükafatı olan "Oskar"a təqdim olunub. Oskar Komitəsinin qərarına görə, "Sahə" bədii tammetrajlı film kimi Amerika Kino Akademiyasının üzvlərinin ixtiyarına təqdim ediləcək. "Sahə" filminin namizədliyi Azərbaycan tərəfindən "Xarici dildə ən yaxşı film" nominasiyasında "Oskar" mükafatı uğrunda mübarizəyə qatılmaq üçün irəli sürüləcək.
Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safatdır. "Sahə" bədii filmində məşhur fotoqrafın öz uşaqlıq illərinə mistik səyahətindən danışılır.
Qeyd edək ki, "Nərimanfilm" kinostudiyasının məhsulu olan film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, eləcə də "Paşa Bank"ın iştirakı ilə ərsəyə gətirilib.

{nl}

Rəssam haqqında film hazırlanıb
Görkəmli Azərbaycan rəssamı Vəcihə Səmədova haqqında çəkilmiş "Azərbaycan rəngkarlıq sənətinin kraliçası" filminin premyerası Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, premyera sentyabrın 29-na planlaşdırılır.
Azərbaycanın unudulmaz rəssamı Vəcihə Səmədovanın həyat və yaradıcılığını əks etdirən filmin rejissoru Nicat Feyzullayevdir.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında