TürkPA-ya üzv dövlətlərin parlament aparatlarının rəhbərləri İçərişəhərdə olmuşlar

Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin baş katibi Sadettin Kalkan və Qazaxıstan Senatı Aparatının rəhbərinin müavini Berik Arın sentyabrın 20-də İçərişəhərlə tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər 2000-ci ildən YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmişdir.
Qonaqlar ilk növbədə Şirvan hakimlərinin iqamətgahı, orta əsr abidəsi - "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanış olmuş və burada sərgilənən rəsmlər və tarixi eksponatlara tamaşa etmişlər. Kompleksin XVI əsrə aid olan yeganə tikilisi "Murad" darvazası qonaqların marağına səbəb olmuşdur.
Tanışlığa Kiçik Qala küçəsi ilə davam edən qonaqlar, Qoşa Qala Qapıları meydanından keçərək ölkəmizin Mərkəzi Asiya və Hindistanla qədim iqtisadi əlaqələrinin mövcud olmasının göstəricisi olan Buxara və Multanı karvansaralarına, sıratağlı dini-memarlıq kompleksinin ("Bazar Meydanı") ərazisindəki müxtəlif dövrlərə aid bədii daşyonma sənətinin nümunələrinə baxmışlar.
Qonaqlara Bakı səhərinin simvolu və nadir memarlıq quruluşuna malik Qız Qalası abidəsi barədə də ətraflı məlumat verilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında