Anar Çingiz Aytmatov adına mükafata layiq görülüb

MDB Parlamentlərarası  Assambleyasının (PA) Mədəniyyət, İnformasiya, Turizm və İdman  Komissiyasının oktyabrın 11-12-də Bakıda keçirilən  səyyar iclasında görkəmli Azərbaycan yazıçısı Anara MDB PA-nın Çingiz Aytmatov adına mükafatına layiq görülməsi barədə qərar qəbul edilib.

Qırğızıstan nümayəndə heyətinin irəli sürdüyü  təşəbbüs komissiyanın bütün üzvləri tərəfindən dəstəklənib. MDB məkanının 7 ölkəsinin deputatlarının təmsil olunduğu  komissiyanın  üzvləri  iclas başa çatandan sonra  Azərbaycan Yazıçılar Birliyinə gedərək laureat ilə görüşüblər. Anar  qonaqlara  Azərbaycanda  mədəniyyət  sahəsində  vəziyyət,  böyük qırğız yazıçısı Çingiz Aytmatov ilə  dostluq əlaqələri barədə ətraflı söz açıb.

Çingiz Aytmatov adına mükafat  yazıçıya  bu ilin noyabrında  MDB PA-nın üzvü olan  ölkələrin Parlament Başçıları  Şurasında  təqdim ediləcək.

 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında