Üzeyir Hacıbəylinin 125 illik yubileyi təntənə ilə qeyd olunacaq

Dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2010-cu il tarixli sərəncamına əsasən 2010-cu il 18-28 sentyabr tarixlərində Azərbaycanda beynəlxalq musiqi festivalının keçirilməsi nəzədə tutulur. Festival çərçivəsində dünya şöhrətli dirijor Vladimir Spivakov, İsveçrədən "Amaltea" ansamblı, MDB Ölkələrinin Birləşmiş Gənclər Simfonik Orkestri, Sinqapurdan "T'ANG" simli kvarteti, Türkiyədən "Orfeon" xoru, Kanadadan pianoçu Nina Koqan, skripkaçı Atis Bankas, Rusiyadan Aleksandr Gindin və başqalarının konsertlərinin, müxtəlif tədbirlərin keçirilməsi, Ü.Hacıbəylinin səhnə əsərlərinin nümayişi gözlənilir.
Eyni zamanda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Gənc Tamaşaçılar Teatrı, Dövlət Pantomima Teatrı, Dövlət Kukla Teatrı, Ağcabədi Rayon Mədəniyyət və Turizm Şöbəsi öz işlərini tədbirin keçirilməsi istiqamətində quracaq və festivalın yüksək səviyyədə keçməsinə təminat yaradacaqlar.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi sentyabrın 18-də Heydər Əliyev Sarayında Üzeyir Hacıbəylinin 125 illiyi ilə bağlı sərgi hazırlayacaq, Üzeyir Hacıbəylinin ev-muzeyi isə "Üzeyir Hacıbəyli-125" adlı maraqlı tədbir keçirəcək. Bütün bunlarla yanaşı Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Azərbaycan Dövlət "Muğam" Teatrı, Azərbaycan Dövlət Mahnı Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Bakı Xoreoqrafiya Məktəbi, Dövlət Uşaq Filarmoniyasının yaradıcı və texniki heyətləri beynəlxalq musiqi festivalının yüksək səviyyədə keçirilməsinə cəlb olunacaq.
Festivalın proqramı olduqca zəngindir. Belə ki, təntənəli açılış mərasimi sentyabr ayının 18-də Heydər Əliyev Sarayında olacaq. Sentyabrın 19-da Filarmoniyada Türkiyənin "Orfeon" kamera xoru çıxış edəcək. Həmin gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "Arşın mal alan" komediyası oynanılacaq, A.Şaiq adına Dövlət Kukla Teatrında "O olmasın, bu olsun" komediyasının premyerası keçiriləcək. "Koroğlu" operası isə Opera və Balet Teatrında tamaşaçılara təqdim olunacaq.
Sonrakı günlərdə Sumqayıtda, Gəncədə tədbirlər davam etdiriləcək. Tamaşaçılar, həmçinin, Üzeyir bəyin "Leyli və Məcnun" operasına da baxa biləcəklər. Muğam Mərkəzində, Pantomima teatrında da maraqlı konsert və tamaşalar nümayiş olunacaq.
Qarşıda bizi Üzeyir dühasının yaratdığı əsərlərlə görüşlər gözləyir.{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında