Yaradıcılıq görüşləri

Kənd əhalisinə mədəni xidmətin yüksəldilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, regionlarda mədəni həyatın canlandırılması, yaradıcı ziyalılarla mütəmadi görüşlərin keçirilməsi, mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması, bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi rayon mədəniyyət və turizm şöbələri ilə birlikdə 2010-cu il aprelin 12-də Qəbələ rayonunda, aprelin 13-də Ağdaş rayonunda yaradıcılıq görüşləri təşkil edəcək.
Bu məlumatı nazirliyin mətbuat xidməti vermişdir. Məlumatda deyilir ki, tədbirdə iştirak etmək üçün nazirliyin əməkdaşları Oqtay Muxtarov, Almaz Sultanzadə, xalq artisti, rəqqasə Cəmilə Bayramova, əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu, əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurov, əməkdar artist Əli Nur, "Niyyət" bədii filminin rejissoru Samir Kərimoğlu və aktyor Fuad Axundov, habelə xanəndələr Zakir Əliyev və Almaz Orucova, müğənni Cəlal Abbasov, musiqiçilər Kamal Nuriyev, Fariz Hüseynov Qəbələ və Ağdaş rayonlarına ezam ediləcəklər.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında