Ömər Eldarovun əsərlərinin fotoşəkilləri Torontoda nümayiş etdirilib

Kanadanın Toronto və Niaqara şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində məşhur heykəltəraş, akademik Ömər Eldarovun əsərlərinin fotoşəkillərindən ibarət sərgi açılıb. Sərgi Heydər Əliyev Fondu, Beynəlxalq Niaqara musiqi festivalı və Kanada Türk Dostluq Cəmiyyətinin dəstəyi ilə təşkil edilib.
Torontoda "Ümumi sülh naminə mədəniyyətlərin dialoqu" beynəlxalq layihəsi çərçivəsində təşkil edilmiş sərgi böyük maraqla qarşılanıb. Sərgidə türk dünyasının iki böyük lideri - Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, musiqi sənətimizin korifeyləri - Üzeyir Hacıbəyli və Fikrət Əmirovun, mütəfəkkir şairlərimiz Füzuli və Hüseyn Cavidin, rəssam Səttar Bəhlulzadənin heykəllərinin fotoşəkilləri də nümayiş olunub.
Sərgi Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilib. Bu təşəbbüsə minnətdarlıq əlaməti olaraq, sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da portreti yer alıb.
Dünyanın bir çox görkəmli şəxsiyyətlərinin obrazlarını öz sənət əsərlərində əks etdirən Ömər Eldarov Toronto Beynəlxalq Mədəniyyətlərarası Dialoq İnstitutunun fəxri üzvü adına layiq görülüb. Qeyd edək ki, Kanadada Azərbaycan Mədəniyyəti Günləri həftənin sonunadək davam edəcək.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında