Azərbaycanlı bəstəkarın yaradıcılığı İranda yüksək qiymətləndirilir

Bakı Musiqi Akademiyasının professoru, respublikanın xalq artisti Tofiq Bakıxanov İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Təbrizdə silsilə görüşlər keçirmişdir. Bu günlərdə səfərdən qayıdan bəstəkar Azərbaycan - İran dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsində mədəniyyət və incəsənət xadimlərinin böyük rolu olduğunu qeyd etdi:
- Bəli, həm İranın, həm də Azərbaycanın yaradıcı ziyalıları ölkələrarası dostluq münasibətləri xəzinəsinə daim öz töhfələrini verirlər. Mən bu istiqamətdə reallaşdırdığım istənilən tədbir zamanı ulu öndərimiz Heydər Əliyevin məlum tövsiyələrini rəhbər tuturam. Ulu öndər demişdi: "Dövlətimizin siyasəti odur ki, İran İslam Cümhuriyyəti Azərbaycanın dostu, qardaşıdır. Bu ölkə ilə bizim dostluğumuz, qardaşlığımız daimidir və bunu inkişaf etdirəcəyik". Mən çox şadam ki, cənab Prezident İlham Əliyev də həmin dostluğun daha yüksək zirvələrə qalxmasına öz töhfəsini verir. Biz - yaradıcı adamlar isə bu işdə dövlətin ən yaxın köməkçisi olmalıyıq.
Mən İranda dəfələrlə olmuşam. Müxtəlif festivallarda, müsabiqələrdə, simpoziumlarda gah əsərləri ifa edilən bəstəkar kimi, gah münsiflər heyətinin üzvü kimi, gah da qonaq qismində iştirak etmişəm. İran musiqisi əsasında qələmə aldığım əsərlərlə yanaşı bütövlükdə şərq xalqlarının böyük sənət abidəsi olan muğamlar üstündə yazdığım əsərlər də qardaş ölkədə böyük maraqla qarşılanıb. İrandakı həmkarlarım mənim "Humayun" və "Nəva" əsərlərimi dönə-dönə dinləyir və yüksək qiymətləndirirlər. Eyni zamanda, hər səfərdən sonra yeni musiqi əsərinin yaranması ənənəyə çevrilib.
Təbrizə növbəti səfərim isə ali məktəblərdə təşkil edilən görüşlərdə iştirak etmək məqsədi daşıyırdı. Çox maraqlı görüşlər oldu. Şadam ki, Azərbaycan musiqisi İranda bu qədər sevilir və əziz tutulur. Belə tədbirlərin ali məktəblərdə keçirilməsi isə daha məqsədəuyğundur. Çünki bizim yaşatdığımız dostluq və qardaşlıq əlaqələrini gələcəkdə məhz həmin gənclər davam etdirəcəklər. Səfərin təşkilatçılarına, məni fəxri diplomlarla təltif edən Mədəniyyət Nazirliyi qurumlarına, universitet rəhbərlərinə və bu dostluğu inkişaf etdirən hər kəsə öz dərin minnətdarlığımı bildirirəm.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında