"Leyli və Məcnun" Avropa səhnəsində

Opera bu dəfə Nizami Gəncəvinin əsəri əsasında hazırlanıb
Avropa Azərbaycan Cəmiyyəti Azərbaycan mədəniyyəti və incəsənətinin beynəlxalq miqyasda təbliğinə daha bir töhfə verib. Belə ki, təşkilat "Leyli və Məcnun" operasının yeni quruluşda səhnələşdirilməsinə yardım edib. Lent.az saytının yaydığı məlumata görə, tamaşanın premyerası Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Rurtriennale Musiqi və İncəsənət Festivalı çərçivəsində baş tutub. Şimali Reyn-Vestfaliya torpağının Ailə, Uşaq, Gənclər, Mədəniyyət və İdman Naziri Ute Şefer və Şimali Reyn-Vestfaliyanın Baş naziri Hanelore Kraft da tamaşaçılar arasında olub.
Opera Nizami Gəncəvinin əsərinin motivləri əsasında şair-dramaturq Albert Ostermeyer və Fələstin-İsrail bəstəkarı Samir Odeh-Tamimi tərəfindən hazırlanıb. Tamaşaya Uilli Dekker quruluş verib. Baş dramaturq Eva-Mariya Voytlender əsərin səhnələşdirilməsinə yardım edib.
Bu ilki Rurtriennale Musiqi və İncəsənət Festivalının mövzusu "Miqrasiya - Yol Axtarışında" adlanır. Festival dünya İslam təfəkkürünün, qədim İslam mistisizmindən müasirliyədək olan bir yolun tədqiqinə həsr olunub. Bu hekayə Şərqdə ilk operanın - böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 1908-ci ildə yazdığı "Leyli və Məcnun" operasının da əsasını təşkil edir.
Premyerada orkestrə Piter Rundel dirijorluq edib, Məcnun rolunda Nils Kuper, Leyli rolunda İren Kuqler çıxış ediblər.
Tamaşadan sonrakı qəbulda artistlər, qonaqlar və sponsorlar, təşkilatçılar Avropa Azərbaycan Cəmiyyətinə tamaşaya verdiyi dəstəyə görə təşəkkür ediblər. Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxışında Şərqdə ilk opera və baletin Azərbaycanda yarandığını xatırladıb. O, "Leyli və Məcnun"un yeni versiyasını Şərqin "Romeo və Cülyetta"sının dünya miqyaslı tamaşası adlandırıb. O, tədbirdə iştirak edənləri Üzeyir Hacıbəylinin operasına baxmaq üçün Azərbaycana dəvət edib. Tale Heydərov həmçinin Şimali Reyn-Vestfaliyanın Baş naziri Hanelore Kraftla da görüşüb.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında