Vyetnam nümayəndə heyəti Bakının görməli yerləri ilə tanış olmuşdur

Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikası Baş nazirinin müavini Hoang Çunng Hayın başçılıq etdiyi nümayəndə heyəti İçərişəhərlə tanış olmuşdur.
Qonaqlar əvvəlcə İçərişəhərin baş planı ilə tanış olmuş və Qız qalasını seyr etmişlər. Onlara məlumat verilmişdir ki, qədim Qız qalası Azərbaycan memarlığının nadir incilərindən biridir. Sonra Qız qalasının yaxınlığında yerləşən Sıratağlı dini-memarlıq kompleksinin ("Bazar Meydanı") ərazisində təşkil edilmiş ekspozisiya nümayiş etdirilmişdir.
"Şirvanşahlar sarayı kompleksi" Dövlət Tarix-Memarlıq Muzey-Qoruğu ilə tanışlıq zamanı hörmətli qonaqlara məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş Şirvanşahlar sarayı ansamblının tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür.
Qonaqlara ötən əsrlərin yadigarı olan abidələrin qorunması və bərpasına göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verilmişdir.
Sonra qonaqlar Filarmoniya bağında çay süfrəsinə dəvət edilmişlər.
Vyetnam Baş nazirinin müavini Hoang Çunng Hay İçərişəhərin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıq qonaqlarda xoş təəssürat oyatmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında