Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun "Peyğəmbər" poeması Təbrizdə nəşr edilmişdir

İranda Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun növbəti kitabı işıq üzü görmüşdür.
Görkəmli ədibin "Peyğəmbər" poeması bu günlərdə Təbrizdəki "Əxtar" nəşriyyatında nəfis şəkildə çapdan çıxmışdır. Kütləvi tirajla nəşr olunan bu kitabı ərəb əlifbasına Cənubi Azərbaycan şairi Səxavət İzzəti çevirmişdir.
Səxavət İzzəti kitaba Zəlimxan Yaqubun ədəbi fəaliyyəti ilə bağlı geniş və maraqlı "ön söz" yazmışdır. O, "ön söz"də Zəlimxan Yaqubun "Peyğəmbər"indən əvvəl bu mövzuda əsərlər yazmış Məhəmməd Füzulinin, Hüseyn Cavidin, Nəbi Xəzrinin və Məmməd Aslanın adlarını minnətdarlıqla xatırlayır. İranlı soydaşımız oxuculara Zəlimxan Yaqubun "Peyğəmbər" poeması haqqında geniş məlumat verir, onun sənətkarlıq xüsusiyyətləri haqqında söhbət açır.
Yaxın vaxtlarda bu əsərin digər Şərq xalqlarının dillərinə tərcümə olunması nəzərdə tutulur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında