Naxçıvan Aşıqlar Birliyinin konserti olmuşdur

Naxçıvan şəhərindəki "Gənclik" Mərkəzində Naxçıvan Aşıqlar Birliyinin ilk konserti olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov konsertdə iştirak etmişdir.
Tədbirin aparıcısı qeyd etmişdir ki, Azərbaycan aşıq yaradıcılığına bəxş edilən "Koroğlu", "Misri", "Ağır Şərili", "Orta Şərili", "Cəlili", "Qəhrəmanı", "Dərələyəz gəraylısı" kimi saz və aşıq havalarının yaradıcıları məhz Naxçıvan aşıqlarıdır. Son illər aşıq yaradıcılığına göstərilən diqqət və qayğı bu sənətin inkişafına şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin "Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" 2009-cu il 7 fevral tarixli sərəncamına uyğun olaraq Naxçıvanla bağlı saz havalarının tədqiqinə və təbliğinə diqqət artırılmış, qədim çalğı alətlərinin bərpası istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Naxçıvan Aşıqlar Birliyinin sədri İxtiyar Seyidov muxtar respublikada aşıq sənətinə göstərilən qayğıdan danışmışdır. Qeyd olunmuşdur ki, ötən ilin dekabr ayında yaradılan Aşıqlar Birliyi 21 nəfər saz-söz ustadını öz ətrafında birləşdirir. Birliyin üzvləri bu qısa müddətdə bölgənin ictimai-mədəni həyatına fəal qoşulmuş, Bakıda, Türkiyədə keçirilən beynəlxalq tədbirlərdə Naxçıvanı layiqincə təmsil etmişlər.
Sonra Aşıqlar Birliyinin üzvlərindən muxtar respublikanın əməkdar artisti Tural Bağırovun, Şirin Şirinzadənin, Seda Abdullayevanın, Könül Taroyevanın və başqalarının ifa etdikləri "Kəvəri", "Gözəlləmə", "Ağır Şərili", "Aran gözəlləməsi", "Baş dübeyti", "Dilqəmi", "Köhnə Naxçıvanı", "Cəlili", "Mixəyi", "Baş sarıtel", "Yanıq Kərəmi" və digər saz havaları tamaşaçıların qəlbinə yol tapmış, alqışlarla qarşılanmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında