Rejissor Hüseynağa Atakişiyevin xatirə gecəsi keçiriləcəkdir

Aprelin 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında əməkdar incəsənət xadimi, Dövlət Gənclər Teatrının yaradıcısı və bədii rəhbəri olmuş Hüseynağa Atakişiyevin vəfatının ildönümünə həsr olunmuş xatirə gecəsi keçiriləcəkdir.
Tədbirdə rejissorun həyat və yaradıcılığından ətraflı söz açılacaq, onun quruluş verdiyi tamaşaların özünəməxsus xüsusiyyətlərindən bəhs ediləcəkdir.
Tədbirdə rejissor Sərvər Əliyevin quruluşunda Əziz Nesinin "Çağırış" tamaşası təqdim olunacaqdır. Əsas rollarda əməkdar artist Qəmər Məmmədova, aktyorlar Qurban İsmayılov, Elşən Çarhanlı, Natiq Aslan, Hüsniyyə Əhmədova, Anar Səfiyev və başqaları çıxış edəcəklər.
Tamaşanın bəstəkarı əməkdar incəsənət xadimi Sərdar Fərəcov, rəssamı Vüqar Əlidir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında