Bakıda "Gənclər bu gün" adlı beynəlxalq görüş-seminar keçiriləcək

Bakı şəhərində yerli və əcnəbi yaradıcı gənclərin iştirakı ilə "Gənclər bu gün" adlı beynəlxalq görüş-seminar keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tədbirdə teatr, kino və moda sahələri üzrə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Belorusdan da yaradıcı gənclər iştirak edəcəkdir. Avqustun 16-dan 20-dək keçiriləcək seminar müddətində qeyd edilən sahələr üzrə müzakirələr aparılacaq, sərgilər və moda nümayişi təşkil olunacaq, filmlər göstəriləcəkdir. Bundan başqa, yerli və əcnəbi mütəxəssislərin gənclərlə ustad dərsləri planlaşdırılır.
Seminarın açılış mərasimi avqustun 17-də Novxanı "Aqua park" istirahət mərkəzində keçiriləcək. Həmin gün teatr rejissorluğu sahəsində yaradıcı gənclərin diskussiyaları olacaq, A.S.Puşkin adına Rusiya Dövlət Akademik Dram Teatrının rejissoru İsgəndər Sakayevin ustad dərsləri təşkil ediləcək. Proqramda Gürcüstan və Azərbaycan kukla teatrı aktyorlarının çıxışları da nəzərdə tutulmuşdur.
Kinorejissorluq mövzusunda debatlar da keçiriləcək. Gənc rejissorların filmlərinin nümayişi əməkdar incəsənət xadimi Yavər Rzayevin ustad dərsləri nəzərdə tutulub.
Rəssamlıq Akademiyasının geyim, dizayn kafedrasının müdiri, dosent Nazim Yunusovun iştirakı ilə müasir və milli moda ənənələri haqqında müzakirələrin aparılması, gənc modelyerlərin işlərinin nümayiş etdirilməsi də proqrama daxil edilmişdir. Rejissor, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun ustad dərslərinin keçirilməsi də planlaşdırılmışdır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında