"Mədəni müxtəlifliyimiz mədəni vəhdətimizdir" layihəsi həyata keçiriləcəkdir

Azərbaycan dövləti tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən, irqindən asılı olmayaraq Azərbaycan xalqının mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirmişdir.
YUNESKO-nun "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiya" çərçivəsində nazirlik tərəfindən "Mədəni müxtəlifliyimiz mədəni vəhdətimizdir" layihəsi həyata keçiriləcəkdir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yaymışdır. Məlumatda deyilir ki, layihə çərçivəsində ölkə ərazisində milli azlıqların və yerli xalqların sıx yaşadığı regionlarda il ərzində "Milli-mədəni həmrəylik" mövzusunda seminarların keçirilməsi, ölkənin mədəni həyatına inteqrasiya məqsədilə regionlarda olan mədəniyyət xadimləri, xüsusi mədəni özünüifadəyə və istedada malik olan subyektlər üçün treninqlərin təşkili, mədəniyyətlərarası dialoqun vəziyyətinə dair tədqiqat işinin hazırlanması, ölkənin mədəni rəngarəngliyini əks etdirən buklet və broşürlərin nəşr edilməsi, sərgilər, konsertlər, müsabiqələr və s. tədbirlərin keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 26 noyabr tarixində imzaladığı Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz YUNESKO-nun "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiyası"na qoşulmuşdur. Bu konvensiya cari ilin 15 may tarixindən Azərbaycan Respublikasına münasibətdə qüvvəyə minmişdir.

{nl}

M. MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında