Beynəlxalq Yazıçılar Birlikləri Cəmiyyətinin internet saytında

Dünyanın istənilən kütləvi informasiya vasitəsində Azərbaycanla bağlı verilən xəbər kimi bu material da bizim üçün maraqlı oldu. Beynəlxalq Yazıçılar Birlikləri Cəmiyyəti SSRİ Yazıçılar İttifaqının 1992-ci ilin iyun ayında keçirilən IX qurultayında formalaşdırılmışdır.
Əsas məqsəd SSRİ-nin dağılmasından sonra yaranan gənc müstəqil dövlətlərin ədəbiyyat xadimlərinin ənənəvi görüş, müzakirə və diskussiyalarının davam etdirilməsi idi. İctimai-yaradıcılıq təşkilatı olan bu qurumda Rusiya və MDB ölkələrinin yazıçılar birlikləri ilə yanaşı uzaq xarici təmsil edən bir sıra yazıçı təşkilatları da təmsil olunur. BYBC-nin uzaq xaricdən olan üzvləri - təbii ki, yazıçı və şairlər - zarafatla qeyd edirlər ki, biz vaxtilə SSRİ Yazıçılar İttifaqının üzvü olmasaq da, bu gün həmin təşkilatın yerində formalaşmış cəmiyyətin üzvüyük. Yəni ədəbiyyat insanları həmişə, hər yerdə birləşdirir.
Bu gün Beynəlxalq Yazıçılar Birlikləri Cəmiyyətinə 41 Yazıçılar Birliyi daxildir (burada Rusiyanın əksər subyekti ayrılıqda təmsil olunur). Ali rəhbər orqan qurultay, ali icraedici orqan isə İcraiyyə Komitəsidir. 41 nəfərlik İcraiyyə Komitəsində Azərbaycan Yazıçılar Birliyini görkəmli yazıçı Çingiz Abdullayev təmsil edir. Cəmiyyətin "Ümumyazıçılar ədəbiyyat qəzeti" və "BYBC-nin xəbərləri" adlı almanaxı işıq üzü görür. Eyni zamanda qurumun internet səhifəsi də daim oxucuların maraqla qarşıladığı yazılarla zəngin olur. Xüsusilə qeyd edilməli məqamlardan biri odur ki, bu saytın məxsusi müəllifləri vardır. Moskvalı şair Xaydar Bedretdinovun türk dünyası və Qafqaz mövzusunda təqdim etdiyi ədəbi-bədii yazılar daha çox oxunan və müraciət edilən internet materiallarındandır.
Xaydar Bedretdinovun azərbaycanlı yazıçı filosof Hacı Fərhad Mirzənin Moskvada - Rusiya Federasiyası Yazıçılar Birliyi Moskva Şəhər Şöbəsinin qrifi ilə çap edilmiş "Kəlamlar" ("Kalamı") kitabı əsasında yazdığı "Kəlamın sehrli gücü" adlı yazısı isə daha çox oxunur və böyük maraqla qarşılanır. Ədəbiyyatşünaslıq, linqvistika, toponomika və fəlsəfə ilə dərindən maraqlanan Bedretdinov (o, "qəlblərin fəlsəfəsi" nominasiyası üzrə müsabiqə qalibi olaraq Qriboyedov medalına layiq görülmüşdür) Hacı Fərhadın kəlamlarında məhz öz istədiklərini tapır.
"Sizin kitab rəfiniz üçün" rubrikasında, "Kəlamlar" kitabının rus dilində çıxan variantının şəkili ilə yanaşı verilən həmin yazıda (saytın 39-cu nömrəsi) göstərilir: "Mənəvi dəyərlərin aşınmasından narahat olan qədim Yunanıstan və Roma filosofları, eləcə də orta əsrləri təmsil edən mütəfəkkirlər öz əsərlərində insanlığı nicata aparan çoxsaylı fikirlər söyləmişlər. "Kəlamlar" kitabının müəllifi - ümumplanet miqyaslı vətənpərvər, bütün dünyanın dərdləri ilə yaşayan insan Hacı Fərhad Mirzə də kosmos miqyasından tutmuş bütün problemləri bir ailə timsalında götürərək çıxış yolları axtarır. Bu müəllifin fikrincə əcdadlarımızın bizə miras qoyduğu mənəvi dəyərləri qoruya bilsək, daha aydın sabaha və bütün insanların dost olacağı cəmiyyətə gedən yolumuz qısalar".
Qeyd edək ki, Xaydar Bedretdinov öz yazısında azərbaycanlı mütəkəllimin fikirlərindən təsirlənərək qələmə aldığı bir neçə şeirini də vermişdir. Kitabı rus dilinə fəlsəfə elmləri doktoru, professor Əli Abbasov tərcümə etmişdir.

{nl}

Natəvan İSMAYILLI


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında