Key Çapel: "Azərbaycan milli musiqisini dinlədikdən sonra, sanki, yeni bir dünya kəşf etdim"

"Azərbaycan milli musiqisini dinlədikdən sonra, sanki, yeni bir dünya kəşf etdim. Musiqiçinin məlahətli səsi, böyük şövqlə oxuması insanın diqqətini istər-istəməz özünə cəlb edir. Sözlərini anlamadığım bu musiqi parçaları mənim üçün olduqca dəyərli idi. Ən azı ona görə ki, zövqümü oxşayırdı".
Bu sözləri AzərTAc-a Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş Qəbələ İkinci Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Böyük Britaniyanın məşhur London Kral Filarmonik Orkestrinin üzvü Key Çapel demişdir.
Qonaq vurğulamışdır ki, festival çərçivəsində Qəbələ ilə yanaşı, Azərbaycanın digər gözəl bir guşəsi Şəkini də görmək ürəyimcə oldu. Yolboyu gördüyüm əsrarəngiz təbiət gözəlliklərindən zövq aldım. Buranın təbiəti çox gözəldir. Şəki xanlarının sarayı ilə tanışlıq qəlbimdə silinməz izlər buraxdı. Burada bizi azərbaycanlılar qədim adət-ənənələrinə uyğun olaraq çay süfrəsinə dəvət etdilər. Süfrəyə düzülmüş cürbəcür milli şirniyyatlardan daddıq. Daim bu yerlərə qayıtmaq arzusunda olacağam.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında