Deyvid Hoşman: "Azərbaycanın təbiətini və insanlarını çox sevdik"

Bizim orkestr indiyədək dünyanın bir çox ölkələrində konsertlər vermişdir. Azərbaycana isə ilk dəfədir ki, səfər edirik. Ölkənizdə qısa müddətdə olmağımıza rəğmən buranın təbiətini, insanlarını çox sevdik.
Bu sözləri AzərTAc-a Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə keçirilmiş İkinci Beynəlxalq musiqi festivalında müvəffəqiyyətlə çıxış etmiş Böyük Britaniyanın məşhur London Kral Filarmonik Orkestrinin üzvü Deyvid Hoşman demişdir.
Tanınmış musiqiçi əlavə etmişdir ki, biz festivalda iştirak etmək üçün Azərbaycana gələrkən Bakıda təyyarədən endiyimiz andan bu beynəlxalq musiqi bayramının necə yüksək təşkilatçılıqla təşkil edildiyinin şahidi olduq. Hiss etdik ki, Qəbələ festivalının dünya klassik musiqisinin təntənəsinə çevrilməsi üçün əvvəlcədən çox böyük hazırlıq işləri görülmüşdür. Yenidən bu əsrarəngiz diyarda olmaq ümidi ilə Azərbaycandan son dərəcə zəngin təəssüratla ayrılırıq.
AzərTAc{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında