Qəbələnin turizm potensialının təqdimatı olmuşdur

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "Gilan-Turizm" MMC-nin təşkilatçılığı ilə avqustun 7-də Qəbələ rayonunun turizm potensialının təqdimatı olmuşdur.
Qəbələdəki "Qafqaz Riverside" hotelində 50-yə yaxın yerli və xarici turizm şirkəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər Qəbələdə mədəni turizm, ekoloji turizm və yaşıl turizmin inkişafı sahəsində görülən işlərdən, qazanılan uğurlardan, gələcəkdə nəzərdə tutulan tədbirlərdən bəhs etmişlər.
Yerli və xarici turizm şirkətlərinin Qəbələdəki hotel və sanatoriyalarla yaxından tanış olması, xidmətlərin nümayiş etdirilməsi, eləcə də daxili turizmin səmərəli və davamlı inkişaf etdirilməsi məqsədi ilə keçirilən infoturun ilk günü "Gilan Holdinq" MMC-nin "Qafqaz Riverside" hotelinin təqdimatı olmuşdur. Hotelin imkanları ilə tanışlıq zamanı turizm şirkətlərinin nümayəndələrinə məlumat verilmişdir ki, iyulun 29-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş beşulduzlu mehmanxananın 16 hektar ərazisi, yüksək standartlara cavab verən 123 nömrəsi və 38 kotteci vardır. Hoteldə restoran, konfrans zalları, sağlamlıq mərkəzi, sauna, üzgüçülük hovuzu, idman zalı fəaliyyət göstərir. Qonaqları maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirin proqramına uyğun olaraq həmin gün axşam əyləncəli sou-proqram olmuşdur. Bundan əlavə Mədəniyyət və Turizm Nazirliyinin işçiləri, turizm şirkətlərinin və KİV-lərin nümayəndələri tədbirdən öncə Qəbələ Tarix Diyarşünaslıq Muzeyi və "Cümə" məscidi ilə də tanış olmuşlar.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında