Daşkənddə H.Cavidin "Topal Teymur" dramının 85 illiyi qeyd olunacaq

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin ikinci katibi, tarix elmləri namizədi Səbuhi Əhmədovdan aldığımız məlumata görə, Daşkənddə yerləşən Azərbaycan səfirliyi Teymurilər tarixi Dövlət Muzeyi ilə birlikdə aprelin 9-da muzeyin böyük zalında görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin "Topal Teymur" dramının 85 illik yubileyinə həsr olunmuş tədbir keçirəcəkdir.
Aprelin 9-da bəşəriyyətin böyük şəxsiyyətlərindən olan Əmir Teymurun 674 yaşı tamam olur. Onilliklərlə Əmir Teymur şəxsiyyəti həm elmi, həm də kütləvi ədəbiyyatda qərəzli işıqlandırılıb. Bununla belə, Əmir Teymura Azərbaycanda xüsusi münasibət yaranmışdı. XX əsrin əvvəllərində Əmir Teymur obrazına görkəmli şair, dramaturq, ictimai xadim Hüseyn Cavid müraciət etmişdi.
1925-ci ildə tamamlanan bu tarixi dram əsəri Bakı və Daşkənddə "Topal Teymur" adı ilə səhnəyə qoyulmuşdur. Lakin tamaşa böyük maraq və heyranlıqla qarşılansa da, tezliklə qadağan edilmişdir. Əmir Teymur obrazı sovet ideologiyasına uyğun gəlmirdi. Müəllif onu qəddar, zalım axsaq kimi yox, böyük sərkərdə, türk dünyasını birləşdirən, elmin, incəsənətin, müxtəlif sənətlərin və ticarətin hamisi kimi qələmə vermişdi. Hüseyn Cavidə və teatrın rəhbərliyinə təkidlə bildirilmişdi ki, Əmir Teymur obrazı xoşagələn tərzdə verilməsin. 1937-ci ildə H.Cavid həbs olunarkən ona qarşı irəli sürülən ittihamlardan biri də Əmir Teymur şəxsiyyətini təbliğ etməyi idi. Stalin repressiyalarının qurbanı olmuş H.Cavid özündən sonra bir sıra qiymətli əsərlər qoydu, onların sırasında "Əmir Teymur" dramı xüsusi yer tutur.
Tədbirdə Azərbaycan və özbək alimləri çıxış edəcək, 1983-cü ildə Azərbaycan Televiziyası tərəfindən çəkilmiş eyniadlı tamaşadan fraqmentlər, özbək dilində dramdan parçalar göstəriləcəkdir. Sərgi lövhələrində dramaturqun həyat və fəaliyyətini, eləcə də əsərlərinin səhnə həyatını əks etdirən şəkillər nümayiş etdiriləcəkdir.

{nl}

Almaz ÜLVİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında