Mədəniyyət və Turizm Nazirliyində Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüş olmuşdur

Avqustun 4-də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində ölkəmizdə səfərdə olan Rusiyanın Həştərxan vilayəti hökuməti sədrinin müavini Tatyana Yusupovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Qonaqları səmimi salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalqlarımız arasında dərin köklərlə bağlı olan mədəni və dostluq əlaqələrinin möhkəmləndirilməsində belə görüşlərin əhəmiyyətindən danışmışdır.
Tatyana Yusupova səfər çərçivəsində keçirdikləri görüşlərdən, azərbaycanlıların qonaqpərvərliyindən danışmış, Bakı haqqında təəssüratlarını bölüşmüşdür.
Həştərxan vilayətində Azərbaycan xalqının şanlı oğlu Nəriman Nərimanov haqqında film çəkildiyini diqqətə çatdıran T.Yusupova, çəkilişlər başa çatdıqdan sonra bu ekran əsərinin hər iki ölkədə nümayiş olunacağını qeyd etmişdir.
Nümayəndə heyətinin başçısı avqustun 28-də böyük ədib, görkəmli siyasətçi və dövlət xadimi Nəriman Nərimanovun 140 illik yubileyi, oktyabrın 3-də isə abidəsinin açılış mərasimi çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün Azərbaycandan musiqi kollektivlərinin Həştərxan vilayətinə ezam olunması ilə əlaqədar vilayətin qubernatoru A.Jilkinin rəsmi müraciət məktubunu nazir Ə.Qarayevə çatdırmışdır.
Görüşdə mədəniyyət sahəsində əməkdaşlıq çərçivəsində bu ilin sentyabrında Həştərxan vilayətinin mahnı və rəqs ansamblının Bakıda keçiriləcək konsertləri ilə bağlı təşkilati məsələlər müzakirə edilmişdir.
Nazir Ə.Qarayev Həştərxan vilayətinin turizm şirkətlərini ölkəmizin turizm potensialı ilə yaxından tanışlıq məqsədi ilə Azərbaycana dəvət etmişdir.
Görüşdə Azərbaycan-Rusiya əlaqələrinin daha da genişləndirilməsinin vacibliyi vurğulanmış, mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında