Dmitri Yablonski: Ürəklə yazılmış əsərlərin Qəbələ Beynəlxalq musiqi festivalında ürəklə də ifa olunduğunu duydum

Bəzən elə musiqilər dinləyirəm ki, onların ürəklə deyil, beyinlə yazıldığı o dəqiqə hiss olunur. Açığını deyim ki, belə musiqilər mənim üçün darıxdırıcıdır. Qəbələ festivalı məni ona görə heyran etdi ki, burada həqiqətən ürəklə yazılan əsərlərin ürəklə də ifa olunduğunu duydum. Sizin musiqinizə və musiqiçilərinizə sözün əsl mənasında heyran qaldım.
Bu sözləri Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ İkinci Beynəlxalq musiqi festivalının bədii rəhbəri Dmitri Yablonski demişdir. Görkəmli violonçel ustası festivalın keçirildiyi məkanın son dərəcə dəqiq seçildiyini xüsusi vurğulayaraq Azərbaycanın dilbər guşələrindən olan Qəbələnin füsunkar təbiətinin, gülərüz, səmimi, qonaqpərvər insanlarının bu bənzərsiz musiqi bayramının bütün iştirakçılarının qəlbində silinməz izlər buraxdığını bildirmişdir.
Festivalın çox yüksək səviyyədə təşkil olunduğunu, bu işdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən qonaq burada dünyanın və Azərbaycanın ən tanınmış musiqiçilərinin ifasında klassik musiqi nümunələrinin məharətlə səsləndirilməsindən bədii rəhbər kimi böyük zövq aldığını minnətdarlıq hissi ilə qeyd etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında