Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun dəstəyi ilə ölkəmiz barədə həftəlik teleproqram yayımlanacaqdır

Rusiya ərazisində ilk dəfə Yekaterinburqda avqustun 7-də "Azərbaycana aparan yol" adlı həftəlik televiziya proqramı efirə çıxacaqdır. Bu barədə AzərTAc-ın müxbirinə Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov məlumat vermişdir.
O bildirmişdir ki, baş konsulluğun təşəbbüsü və təşkilati dəstəyi ilə həyata keçirilən ilk belə layihədir. Ölkəmizdən söz açacaq yarımsaatlıq televiziya proqramı Sverdlovsk vilayətinin aparıcı "OTV" dövlət telekanalında rus dilində efirə çıxacaq və Uzaq Şərqin və Sibirin en dairələrində, habelə "Yamal" peyki vasitəsilə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinə yayımlanacaqdır. Azərbaycan haqqında proqramın informasiya tərəfdaşları Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc və Azərbaycan Televiziyasıdır.
S.Qasımov bildirmişdir ki, Rusiya ərazisində belə bir proqramı efirə çıxarmaqda əsas məqsəd bu ölkənin həmin hissəsinin ictimaiyyətini planetimizin dilbər guşələrindən biri olan Azərbaycan, onun tarixi və mədəniyyəti, yeritdiyi siyasətlə tanış etməkdir. Onun sözlərinə görə, proqramda bir neçə rubrika olacaqdır: Azərbaycan Prezidenti İlham Əliyevin ölkə daxilindəki və onun hüdudlarından kənardakı çoxşaxəli fəaliyyətini əks etdirən rəsmi xronika, Heydər Əliyev Fondunun, o cümlədən onun Rusiya nümayəndəliyinin fəaliyyəti, habelə ölkəmizin iqtisadi, mədəni və turizm potensialı barədə informasiya.
Sultan Qasımov sonda demişdir: "Azərbaycan haqqında televiziya proqramının işıq üzü görməsi mahiyyət etibarilə ölkələrimiz arasında ikitərəfli və regionlararası ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək, Azərbaycanın bugünkü reallıqlarını daha yaxşı öyrənməyə, onun adət-ənənələrinə yaxından bələd olmağa imkan verəcəkdir".

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında