Azərbaycan Kinosu Günü qeyd edilmişdir

Avqustun 2-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun yaranmasının 112-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar mədəniyyət işçisi Cəmil Quliyev bütün kino işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, son illər Azərbaycanda mədəniyyətin inkişafı istiqamətində atılmış addımlardan danışmışdır.
Bildirilmişdir ki, bu il 112-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti bu müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçmiş və xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynamışdır. Ölkəmizdə kinonun yaranma tarixi XIX əsrdən etibarən cərəyan edən maarifçilik hərəkatının, dünyəvi teatrın və mətbuatın inkişafı ilə sıx bağlıdır. Neftin sənaye üsulu ilə hasilatına başlanması nəticəsində Bakının iqtisadi dirçəlişi milli mədəniyyətin bir çox sahələri ilə yanaşı, kino sənətinin də meydana çıxması üçün əlverişli zəmin yaratmışdır.
Azərbaycan kinosunun inkişafında misilsiz rolu olmuş ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edən natiq vurğulamışdır ki, Prezident İlham Əliyevin "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 23 fevral tarixli sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan vermişdir. Bu sənəddə "Azərbaycanfilm" kinostudiyasının binasının müasir tələblərə cavab verən formada yenidən qurulması, ən yeni texniki avadanlıqlarla təchiz edilməsi, kadr siyasətinin həyata keçirilməsi və digər mühüm məsələlər öz əksini tapmışdır. Sərəncamdan irəli gələn məsələlərin həlli yaxın gələcəkdə xarici kinorejissorların respublikamızda kino çəkilişləri aparmalarına və digər məsələlərə öz müsbət təsirini göstərəcəkdir.
Hazırda ölkəmizdə yeni filmlər çəkilir və bu ekran əsərlərinin xarici ölkələrdə nümayişi də diqqət mərkəzində saxlanılır. Son bir neçə ildə Azərbaycan filmləri dünyanın bir çox tanınmış festivallarında nümayiş olunmuş və ölkəmizi layiqincə təmsil etmişdir.
Milli kino gününə həsr edilmiş tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin son bir ildə Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı, təbliği istiqamətində gördüyü işləri əks etdirən videomaterial nümayiş etdirilmişdir.
Mərasimdə nazirlik tərəfindən 16 kino veteranına milli kinomuzun inkişafındakı xidmətlərinə görə pul mükafatı təqdim edilmişdir.
Tədbir çərçivəsində "Azərbaycan kino plakatı. 1930-1980" sərgisi açılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında