Qəbələdə London Kral Filarmonik Orkestrinin konserti olmuşdur

Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdəki "Fitnes" İstirahət Mərkəzində keçirilən II Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbirin fəxri qonağı Böyük Britaniyanın dünya şöhrətli London Kral Filarmonik Orkestrinin avqustun 1-də konserti olmuşdur.
Orkestrin solistlərini amerikalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskaya və Azərbaycanın tanınmış dirijoru, xalq artisti, "Şöhrət" ordenli professor Rauf Abdullayev müşayiət etmişlər.
Klassik musiqi ifaçıları məşhur bəstəkarlar Pyotr Çaykovskinin "Françeska da Rimini", Fikrət Əmirovun "Kürd Ovşarı", Lüdviq Bethovenin "Fortepiano və orkestr üçün 5 saylı konsert" və "Emperor" əsərlərini səsləndirmişlər. Çıxışlar maraqla qarşılanmışdır.
Qəbələdə London Kral Filarmonik Orkestrinin konserti avqustun 5-dək hər gün olacaqdır.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında