Söz insan qəlbinə yol tapırsa, müqəddəsləşir

Bu günlərdə görkəmli türkoloq, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun "Türkün hikmət xəzinəsi: Xoca Əhməd Yəsəvi" adlı kitabı çapdan çıxmışdır. Alim bu kitabında da, həmişə olduğu kimi, tədqiqat obyektinin orijinallığını nümayiş etdirmiş, türkçülük ideyalarının banilərindən biri, XI əsrin məşhur mütəfəkkir şairi, ortaq türk ədəbiyyatının yaradıcısı, Orta Asiya türkləri arasında İslamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan Xoca Əhməd Yəsəvinin düşüncələrini oxuculara çatdırmışdır.
Kitabın elmi redaktoru görkəmli şərqşünas alim Məsiağa Məhəmmədi, rəyçiləri AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Teymur Kərimli və filologiya elmləri doktoru, professor Aydın Abi Aydındır.
Araşdırmada qeyd edildiyi kimi, Əhməd Yəsəvi türk və İslam aləmində əvəzolunmaz şəxsiyyətlərdəndir. Xocaya görə, özünüdərkin son həddi Allahı tanımaq, ondan çəkinmək və insafa gəlməkdir. Təsadüfi deyildir ki, Yəsəvi Allahın adını anarkən, bir qayda olaraq, "cəlalı ucadır" ifadəsini işlətmişdir. Bu da Xocanın Allaha olan sevgisinin bariz nümunəsi və parlaq təzahürüdür.
Kitabda türk bədii-fəlsəfi fikrinin dünənindən və bu günündən seçmələr verilmiş, XI əsrin hikmət sahibi Xoca Əhməd Yəsəvinin həyatı, təriqət görüşləri və s. araşdırılmışdır. Müəllif Yəsəvi təriqətinin məzmun və mahiyyətini dolğun nümunələr əsasında işıqlandırmışdır.
Araşdırmadan hasil olan qənaət budur ki, Xoca Əhməd Yəsəvi irsi türkçülüyə və İslama əvəzsiz töhfə, insanlığa və gələcək nəsillərə əbədi həqiqətləri çatdıran tükənməz xəzinədir.

{nl}

İbrahim NİZAMİOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında