YUNESKO-nun baş direktoru: Mədəniyyətlərarası dialoqun inkişafında Azərbaycanın rolu unikaldır

"Azərbaycan YUNESKO-da olduqca fəal mövqe tutur. YUNESKO-nun fəaliyyətinin elə bir sahəsi yoxdur ki, Azərbaycan fəallıq göstərməsin".
Bunu AzərTAc-a müsahibəsində Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru İrina Bokova söyləmişdir.
O demişdir ki, Azərbaycanda bütün sahələrdə dinamika, həm iqtisadi, həm də sosial inkişaf məsələlərinə çox ciddi münasibət müşahidə olunur.
Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında unikal yer tutduğunu vurğulayan İ.Bokova demişdir: "Azərbaycan YUNESKO-nun Qeyri-Maddi İrs Komitəsinin üzvü seçilmişdir. Bu, Azərbaycanın qurumla əməkdaşlığında yeni mərhələ açır".
YUNESKO-nun baş direktoru ölkəmiz və başçılıq etdiyi təşkilat arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirərək Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanın mədəni irsinin təbliğində və inkişafında xidmətlərini vurğulamışdır. İ.Bokova qeyd etmişdir ki, birgə fəaliyyət nəticəsində mədəni irsin saxlanılması istiqamətində böyük uğurlar əldə edilmişdir.
İ.Bokova "Qurum Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində muzeylərin, tarix və mədəniyyət abidələrinin vəziyyətini qiymətləndirmək üçün ora tədqiqat missiyası göndərmək niyyətindədirmi?" sualına cavabında demişdir ki, YUNESKO belə bir missiyanı təşkil etməyə hazırdır, lakin onun reallaşması yalnız Azərbaycanın və Ermənistanın razılığı alındıqdan sonra mümkün olacaqdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında