Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın xatirəsi anılmışdır

İstedadlı pianoçu, əməkdar incəsənət xadimi Gülarə Əliyevanın vəfatından 19 il ötür.
Mərhum Gülarə Əliyevanın yaratdığı "Dan ulduzu" instrumental ansamblının üzvləri iyulun 27-də görkəmli pianoçunun məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anmışlar.
Gülarə Əliyeva 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində, eləcə də Əhsən Dadaşov adına Xalq Çalğı Alətləri Ansamblında çalışmışdır. 1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblına rəhbərlik etmişdir.
İstedadlı pianoçu eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyasının, "Humayun" süitasının, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir.
Gülarə Əliyeva 1991-ci ildə dünyasını dəyişmişdir. Təsis etdiyi ansambla vəfatından sonra onun adı verilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında