Qəbələdə Kuba və Azərbaycan cazmenlərinin konserti olmuşdur

Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələ şəhərində keçirilən II Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 27-də dünya şöhrətli Kuba cazmenlərinin konserti olmuşdur.
Fransada qastrol səfərini başa vuraraq Azərbaycana gələn Kubanın məşhur "Maraco" caz qrupunun 12 nəfərlik heyəti və Bakı Caz Mərkəzinin 5 solisti maraqlı konsert proqramı ilə çıxış etmişdir. Kubalı caz vokalçısı, beynəlxalq müsabiqələr laureatı Maraco və onun rəhbərlik etdiyi eyniadlı qrupun, habelə Bakı Caz Mərkəzinin üzvləri - Azərbaycanın caz ustaları Elçin Şirinov və Ülviyyə Rəhimova, onları konsert boyu müşayiət edən istedadlı saksafonçu Elçin Hüseynli, "Bakustik caz" qrupunun üzvlərindən bas gitaraçı Ruslan Hüseynov, zərb alətçisi Vaqif Əliyevin canlı ifası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Xatırladaq ki, Qəbələ II Beynəlxalq Musiqi Festivalında məşhur amerikalı cazmen, 7 dəfə "Qremmi" mükafatına layiq görülmüş 70 yaşlı Al Ceronun konsert verəcəyi nəzərdə tutulmuşdu. Lakin 5 gün öncə Fransada Al Ceronun tənəffüs orqanında qəflətən ciddi problem yaranmış və caz ustası xəstəxanaya yerləşdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında