Dmitri Yablonski: "Bakı mədəniyyət paytaxtına, Qəbələ isə musiqi şəhərinə çevrilmişdir"

Qəbələdə keçirilən II Beynəlxalq musiqi festivalının bədii rəhbərlərindən biri olan Dmitri Yablonski müsahibəsində bildirmişdir ki, bu tədbir yüksək səviyyədə təşkil edilmişdir.
Musiqisevərlər 12 gün müddətində bir çox dünya şöhrətli musiqi kollektivlərinin, o cümlədən London Kral Filarmoniya Orkestrinin, Xloe Hanslipin, Emilio Ponsın, Boris Berezovskinin, Yuri Başmetin, Fərhad Bədəlbəylinin, Murad Adgözəlzadənin, Rauf Abdullayevin maraqlı konsert proqramından həzz almaq imkanı əldə edəcəklər. Birinci festivaldan fərqli olaraq builki konsertlər bir deyil, üç səhnədə təşkil ediləcəkdir.
Dmitri Yablonski əlavə etmişdir ki, musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılanan Qəbələ festivalına dünyanın müxtəlif ölkələrini təmsil edən gənc musiqiçilər də qatılmışlar. Ötən il olduğu kimi, bu dəfə də onlar üçün ustad dəsləri keçiriləcəkdir. Dmitri Yablonski demişdir: "Mən deyərdim ki, son illər Azərbaycanda mədəniyyətin inkişafına, çiçəklənməsinə dövlət başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən çox böyük dəstək verilir, ölkədə musiqi ilə bağlı beynəlxalq tədbirlər keçirilir. Artıq Bakı mədəniyyət paytaxtına, Qəbələ isə musiqi şəhərinə çevrilmişdir. Mən bir ildir ki, Qəbələdə işləyir və yaşayıram. Füsunkar təbiətin, uca dağların və yaşıl meşələrin əhatəsində, təmiz havada belə gözəl musiqi bayramının keçirilməsi yerli və xarici qonaqlara unudulmaz anlar yaşadır".
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında