Musiqi dünya mədəniyyətinin bir hissəsi kimi bəşər övladı ilə birlikdə meydana gəlmişdir. İnsan nitq vasitəsilə ifadə edə bilmədiyini musiqinin köməyi ilə çatdıraq bilmişdir. Qədim insan səs tonallıqlarını bir-birindən ayırmağı və hətta nizama salmağı bacarmışdır.
Alimlərin tədqiqatları nəticəsində öyrənilmişdir ki, müasir insan 160 min il bundan qabaq Afrikada yaranmışdır. 50 min il bundan əvvəl isə insanlar həyat üçün yararlı olan bütün kontinentləri məskunlaşdırmışlar. Dünyada yaşayan adamların hamısı, hətta sivil aləmdən təcrid olunmuş qəbilə qrupları da musiqinin müəyyən formalarını mənimsədiklərinə görə alimlər belə bir fikirə gəlmişlər ki, Afrikadakı ilk insanlar planetimizin müxtəlif guşələrinə köç etməzdən əvvəllər də musiqidən xəbərdar olmuşlar. Deməli, musiqi ən azı 50 min il bundan əvvəl Afrikada mövcud olmuş və sonralar tədricən bütün qitələrdə insan həyatının ayrılmaz hissəsinə çevrilmişdir.
İnsanlar Paleolit epoxasının müasir insanın yarandığı üst paleolit dövründən başlayaraq musiqi alətlərində çalmaq qaydasını öyrənmişdilər. Qədim şumerlər ilk dəfə olaraq arfa musiqi alətini kəşf etmişdilər. İndiki Vyetnam ərazisində məskunlaşmış insanlar mərasimlərdə litofon deyilən musiqi alətində çala bilirdilər.
Həmin dövrdə insanlar musiqi alətlərini daşdan, sümükdən və taxtadan hazırlamağı və müxtəlif səslər çıxarmağı öyrənmişdilər. Həmin səslərdən də musiqi yaranmışdı. İnsan şənlənəndə də, tullananda da, qışqıranda da içərisində musiqi olduğunu duyurdu. Amma həmin musiqini müəyyən bir formaya salmaqda çətinlik çəkirdi. Sonralar insan tədricən oxumaq bacarığı da əldə etdi. İlk mahnılar məhəbbət sevincini ifadə edən mahnılar idi. İnsan ölüm təhlükəsi ilə üz-üzə gələndə öz dəhşət hisslərini mahnıda ifadə edə bilirdi. Sonralar həmin mahnılar dəfn və yas mərasimlərində oxunmağa başlamışdı.
İnsanın ovu uğurlu keçəndə, sevgisi daşa dəyməyəndə və digər xoşbəxt anlarda o, sevincini tullanıb-düşməkdə, çəpik çalmaqla, içi boş daş kütləsini döyəcləməklə ifadə edirdi. Beləliklə də ilk rəqsin özülü qoyulmuş və rəqs musiqisi meydana gəlmişdi. İnsanlar ilk vaxtlar təbil ritmlərinin müşayiəti ilə oynayırdılar. Bəşər övladının zövqü incələşdikcə nəfəs alətləri icad etməyə başlamışdı. Daşdan, gildən və sümükdən hazırlanan fıştırıqlar, qamışdan düzəldilən tütəklər qədim insanın ilk nəfəs alətləri idi. Bu münval ilə fleyta da meydana gəlmişdi. Fleyta ən qədim nəfəs aləti sayılır. Misirlilər hələ altı min il bundan əvvəl fleytanın nə olduğunu bilirdilər. Nəfəs alətlərinin ardınca simli alətlər meydana gəldi. Qədim Misir musiqiçiləri simli alətlərdə çala bilirdilər.
Deyilənlərə görə, musiqi Adəm peyğəmbərlə yaşıddır. İnsan özünü təbiətin bir parçası hiss edəndən sonra musiqi onu hər bir məqamda - kədərli və sevincli anlarında da müşayiət etmişdir. Musiqi insanların hisslərini tumarlayan, qəlblərinə hakim kəsilən bədii-mənəvi vasitədir.
Azərbaycan dünyada zəngin musiqi diyarı kimi məşhurdur. Müasir Azərbaycan ərazisində musiqi mədəniyyəti haqqında məlumat eramızdan əvvəlki 10-8-ci minilliklərə aiddir. Bu məlumat azərbaycanlılara Qobustan qayalarında mərasim rəqslərinin təsvirləri şəklində gəlib çatmışdır. Azərbaycan xalqının həyatında musiqinin erkən orta əsrlərdə rolu haqqında qəhrəmanlıq dastanı olan "Kitabi-Dədə Qorqud" eposunda müfəssəl məlumat mövcuddur. Azərbaycan musiqisinin nəzəri əsasları orta əsrlərin görkəmli alimləri Səfiəddin Urməvi və Əbdülqadir Marağayi tərəfindən tədqiq olunmuşdur.
Marağayi bir çox yeni musiqi əsərləri və musiqi traktatlarının müəllifidir. Onun "Təranələr xəzinəsi" traktatında melodiyalar Urməvinin hərf-rəqəm not sistemi ilə yazılmışdır. Hərflər səsin yüksəkliyini, rəqəmlər isə uzunluğunu, melodiyanın ritmini və tonların uyarlığını müəyyənləşdirirdi. İngilis musiqişünası S.Fermer bu traktatı təhlil edərək yazmışdır ki, Marağayinin bəstələdiyi bəzi melodiyalar türk xalqlarında indiyədək Giyar adı ilə mövcuddur. Marağayi "Təranələrin məcmuyu", "Təranələrin təyinatı", "Musiqi", "On fayda" musiqi traktatlarının da müəllifidir. O, musiqi nəzəriyyəsinə dair əsərlərində bir musiqişünas və tədqiqatçı kimi zəngin təcrübəsini ümumiləşdirmişdi. Onun musiqi nəzəriyyəsrndə muğam termini ilk dəfə olaraq ətraflı izahını tapmışdı. Getdikcə mürəkkəbləşən, daim inkişafda olan musiqi incəsənəti 14-cü əsrin əvvəllərində yeni muğam yenilikləri - 12 muğamdan törənən 24 şöbə ilə zənginləşdirilmişdi. Marağayi bütün 24 şöbə sistemini müfəssəl tədqiq etmişdi.
Marağayinin traktatlarının faktik materialı həmin tarixi dövrdə Azərbaycanın musiqi mədəniyyətinin nümunəvi mənzərəsini yaratmağa imkan vermişdi. Marağayinin əsərlərində aşıq incəsənətinin - türkdilli xalqların mədəniyyətini təmsil edən ozanların, baxşilərin, baksilərin incəsənətinin tarixinə dair qiymətli məlumat vardır. Marağayi aşıqların əsas çalğı alətini Rum qopuzu, Ozan qopuzu, Şıdırğı adları ilə təqdim edirdi.
Müasir sazın quruluşunun məşhur "Kitabi Dədə Qorqud"da xatırlanan qopuzun quruluşu ilə eyniləşdirilməsi hipotezi Marağayinin əsərlərində özünün əlavə elmi əsasını tapmışdır. Marağayi türk (Azərbaycan) xanəndələrinin ifa etdikləri 9 əsas musiqi məqamını diqqətə çatdırır. Onlardan birincisi "Böyük məqam" adlanır. Güman ki, bu, "Rast" muğamına işarədir. Marağayi əsərlərində "Üşşaq", "Nəva", "Busəlik", "Bayatı Novruz" və s. digər məqamların da adlarını çəkir.
Dərin forma və məzmunlu Azərbaycan musiqisi 20-ci əsrin başlanğıcına qədər iki istiqamətdə - şifahi ənənələrə söykənən professional musiqi (muğam sənəti və aşıq yaradıcılığı) şəklində, habelə folklor musiqisi zəminində inkişaf etmişdir. Azərbaycanın musiqi həyatında yeni mərhələnin başlanğıcı dahi Üzeyir Hacıbəylinin adı ilə əlaqədardır. Müasir Azərbaycan professional musiqisinin əsasını məhz o qoymuşdur.
Azərbaycan musiqisinin həmişəyaşarlığının səbəbi onun muğam kökləri üzərində qurulmasıdır. Bir çox digər xalqların, məsələn Azərbaycan musiqisi incilərini oğurlamaqla özününküləşdirmək istəyən ermənilərin muğam kimi zəngin bazisi yoxdur.
Erməni musiqi tədqiqatçıları musiqi cılızlıqlarının mənbəyini aşkara çıxarmaqda çətinlik çəkirlər və buna görə də ümumi sözlər yazmaqla kifayətlənməli olurlar. Məsələn, yazırlar ki, qədim zamanlardan erməni musiqisi bənzərsiz melodikliyi və ritmikası ilə seçilmişdir. Onu da yazırlar ki, guya erməni musiqisi o qədər bənzərsizdir ki, onu digər xalqların musiqisi ilə səhv salmaq olmaz. Bu təriflər cəfəngiyyatdan başqa bir şey deyildir. Ona görə ki, "erməni musiqisi" ata-anası məlum olmayan bic uşağa bənzəyir. Mənşəyi hələ də qaranlıq qalan erməni xalq musiqisi ola bilərmi? Ermənilər şəhər, kənd, toy musiqilərinin pandir, bambir, tavix, knar, tütək, avaqbod kimi əcayib adlı musiqi alətlərində gözəl səsləndiyindən də ağız dolusu danışırlar. Bu alətlər indi musiqi kollektivləri tərəfindən çalınmır, ona görə ki, heç vaxt olmayıb.
Ermənilər düdük adlandırdıqları nəfəs alətləri ilə öyünürlər. "Düdük" aləti də onlara məxsus deyildir. Əgər olsaydı ona düdük yox, ayrı bir erməni adı qoyardılar. düdük sözü isə rusların "dudka" nəfəs alətinin adından götürülmüşdür. Azərbaycan dilində mənəviyyatsızlıq, əsilsiz-nəcabətsiz adama "düdük" deyirlər. Ermənilər "drevniy armyanskiy düdüklərini" - Azərbaycanın qədimdən də qədim nəfəs aləti olan balabanı düdük adı ilə öz adlarına çıxmışlar. Əslində isə balabanın lüğət mənası kiçik səs deməkdir: "bala" - kiçik və "ban"- səs. Ermənilər düdükçü Cavan Qasparyanı böyük musiqiçi adlandırırlar. Göründüyü kimi "Cavan" adı da erməni yox, Azərbaycan mənşəlidir.
Rusiyanın imkanlı erməniləri həmin düdükçünün Moskvanın Bolşoy Teatrında konsertini də təşkil etmişdilər. Cavan Qasparyanın Rusiyada 15 mahnıdan ibarət "Sehirli düdük" adlı diskində 15 musiqi nömrəsi azərbaycanlı müəlliflərə məxsusdur. Tofiq Quliyevin "Bu gözəllik sənə də qalmaz", Cahangir Cahangirovun "Ay qız", Rauf Hacıyevin "Saçlarına gül düzüm", Emin Sabitoğlunun "Neyləyim", Ələkbər Tağıyevin "Sən gəlməz oldun", Eldar Mansurovun "Gecə zəngləri" melodiyaları dediklərimizə sübut ola bilər.
Ermənilərin başqa xalqların, əsasən də Azərbaycan xalqının zəngin musiqi nümunələrini oğurlayaraq qədim erməni musiqisi kimi təqdim etmək halları adi həyasızlıq şəklini alıb. Onların həyasızlığı məşhur Azərbaycan balaban ifaçısı Əlixan Səmədovu erməni ifaçısı, onun çaldığı musiqi nömrələrini erməni musiqisi kimi təqdim etməyə qədər gedib çatıb. Ermənilər Əlixan Səmədovun Moskvada buraxılmış xalqımıza məxsus melodiyalardan ibarət diskini görünməmiş həyasızlıqla özününküləşdirmək cəhdində olublar: diskin içindəkiləri saxlamaqla üz qabığını dəyişdirib Əlixan Səmədov adının yerinə "Qızıl erməni düdüyü" yazdırıblar. Bu azmış kimi, internetdə Əlixan Səmədovun adını "Görkəmli erməni musiqiçiləri" bölməsinə salıblar.
Yaxşı ki, Tanrı ermənilərə muğam oxumaq səsi verməyib, yoxsa Azərbaycan muğamlarını da öz adlarına çıxardılar. Bakıda Soqomon Seyran adlı bir tarçalan vardı. Texniki barmaqları qənaətbəxş olsa da, çaldığı muğamlar dinləyicilərin ruhunu oxşamırdı. Bunun səbəbini soruşanda deyirdi ki, erməni olduğum üçün Azərbaycan muğamlarını da erməni kimi çalıram.
Ermənilərin iddia etdikləri kimi, erməni musiqisinin yaşının, guya, üç min ildən artıq olmasına baxmayaraq, onun əsaslarının nəyə söykəndiyini izah edə bilmirlər. Öz "musiqilərinin" izlərinin Semiramidanın anası ilahə Derketon, aşşur çariçasi Şamiramıva haqqında mahnılarda olduğunu iddia edirlər və s.
Ermənilərin Azərbaycanın musiqi şedevrlərini məsələn dahi Üzeyir bəyin "Arşın mal alan" komik operasını və s. də öz adlarına çıxması təşəbbüsləri hamıya məlumdur. Onların Azərbaycanda xalqın nar şirəsindən hazırladığı narşərabı da "drevniy armuankiy sous" adlandırmaları da böyük həyasızlığın bariz nümunəsidir. Bütün bunlarla əlaqədar olaraq deməyə bircə sözümüz qalır: "İt aparar çarığı, it qalar çarıqsız".
{nl}
Arif HÜSEYNOV
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.