Heydər Əliyev Mərkəzində keçirilən “Həyat, ölüm və gözəllik” sərgisində açıq gün səhər saatlarından başlamış və günün sonunadək davam etmişdir

 

XX əsrin məşhur rəssamı Endi Vorholun Heydər Əliyev Mərkəzində keçirilən “Həyat, ölüm və gözəllik” sərgisində avqustun 6-da açıq gün olmuşdur.

AzərTAc xəbər verir ki, böyük sənətkarın 85 illik yubileyi münasibətilə elan edilən açıq gündə bütün ziyarətçilər sərgiyə sərbəst şəkildə tamaşa etmək hüququ qazanmışlar. 

Sərgidə XX əsrin pop-art sənətinin məşhur simasının 100-dən çox əsəri, kiçik filmləri nümayiş olunur.

Azərbaycanda ilk dəfə keçirilən bu sərgi yerli sakinlər və turistlər arasında böyük maraqla qarşılanmışdır. Bu günədək 2000-dən çox ziyarətçi Endi Vorholun müxtəlif illərdə çəkdiyi “Güllər” (Flower), Kamuflyaj” (Camuflaje), “Sonuncu şam yeməyi” (The Last Supper), “Dua edən kişi əlləri” (Male hand Praying), “Elektrik stulu” (Electric Chair), “Nəsli kəsilməkdə olan növlər”, “İntibah rəsmlərindən fraqmetlər”, “Avtoportret”, “Azadlıq heykəli” və digər dünya şöhrətli əsərləri ilə tanış olmaq imkanı əldə etmişlər.

Sərgini ziyarət edən insanlar öz təəssüratlarını bölüşmüşlər. Onlar məşhur rəssamın yaradıcılığı barədə məlumatlarının olduğunu söyləyərək qüdrətli fırça ustasının əsərlərində bir çox mövzuları əks etdirdiyini və bunların hər kəsin yaddaşında dərin iz buraxdığını bildirmişlər. Ziyarətçilər dünya şöhrətli rəssamın yaradıcılığının özünəməxsusluğu ilə seçildiyini söyləmiş və onun əsərlərinin Azərbaycanda sərgilənməsinin xoş hadisə olduğunu qeyd etmişlər. Onlar sərginin davam etdiyi müddətdə yenə də bu gözəl məkanı ziyarət etməyi düşündüklərini söyləmişlər.

Sərgidə açıq gün səhər saatlarından başlamış və günün sonunadək davam etmişdir.

Ümumiyyətlə, Mərkəzdə iyunun 21-də Heydər Əliyev Fondunun və Endi Vorhol Muzeyinin birgə dəstəyi ilə açılmış sərgi sentyabrın 18-dək davam edəcəkdir. Bu sərgi Heydər Əliyev Mərkəzinin mədəniyyətlərin bir-birinə qovuşması, xalqlar arasında dialoqun yaranması istiqamətində uğurlu layihələrindən hesab olunur.

Endu Vorhol 1928-ci il  avqustun 6-da Pitsburqda (ABŞ, Pensilvaniya ştatı) dünyaya gəlmişdir. Mərhum sənətkar rəssamlıqla yanaşı, kinoprodüsser, kinoaktyor, fotoqraf, reklam meneceri kimi də fəaliyyət göstərmişdir.

XX əsrin məşhur rəssamlarından olan Endi Vorholun əsərləri indiyədək dünyanın əksər muzey və rəsm qalereyalarında sərgilənmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında