V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti kamera musiqisi axşamı böyük maraqla qarşılanmışdır

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə V Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.

Artıq başa çatmaqda olan böyük musiqi bayramı günlərində dünya şöhrətli ifaçıların bir-birindən maraqlı çıxışları yerli sakinlərlə yanaşı, festivalın qonaqlarının da böyük marağına səbəb olur. Dünyanın müxtəlif ölkələrindən musiqisevərlər klassik musiqinin mərkəzinə çevrilən Qəbələyə axışırlar.

Avqustun 5-də festivalın proqramına uyğun olaraq daha bir kamera musiqisi axşamı keçirilmişdir.

Kamera musiqisi axşamında müxtəlif nüfuzlu festivalların iştirakçıları və beynəlxalq müsabiqələr laureatları-tanınmış pianoçular Nina Koqan, Viktoriya Korçinskaya-Koqan, Kseniya Başmet, habelə skripkaçı Daniel Milkis çıxış etmişlər.

Konsertdə klassik Avropa bəstəkarları Klod Debüssinin, Frans Pulenkin fortepiano üçün sonataları, eləcə də Frans Şubertin “Arpeggione” əsərindən parçalar təqdim edilmişdir.

Kamera musiqisi axşamında “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, “Moskva solistləri” kamera ansamblının qurucusu, “Qremmi” mükafatının sahibi Yuri Başmetin skripkada ifası tamaşaçılara unudulmaz anlar bəxş etmişdir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında