V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində muğam axşamı tamaşaçıları heyran etmişdir

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşdırılan  V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 31-də muğam axşamı keçirilmişdir.

“Ustaddan şagirdə” adlı konsertdə tanınmış xanəndə, xalq artisti Mənsum İbrahimov, müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatları Arzu Əliyeva və Aytən Məhərrəmova çıxış etmişlər.

Ümumilikdə, 1000-dən çox tamaşaçının izlədiyi konsertdə muğam kompozisiyası və bəstəkarlarımızın əsərləri səsləndirilmişdir.

Çoxsaylı tamaşaçılar qarşısında geniş proqramla çıxış edən muğam ifaçılarını əməkdar artistlər - Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança)  müşayiət etmişlər.

Xanəndələrimizin ifa etdikləri “Bayatı-Şiraz”, “Mahur”, “Segah”, “Şahnaz”, “Rast” muğamları, eləcə də “Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən heyranlıqla qarşılanmışdır.

Avqustun 6-dək davam edəcək musiqi bayramında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər və solistlər iştirak edirlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında