“Sarı gəlin - qızılı saçlı gəlin. Azərbaycanda caz-muğam” sənədli filmi Almaniyanın televiziya məkanında

 

Almaniyanın DTV Berlin" telekanalında Azərbaycanda caz mədəniyyətinin ənənələrindən, o cümlədən caz musiqisinin muğamla nadir sintezindən bəhs edən “Sarı gəlin - qızılı saçlı gəlin. Azərbaycanda caz-muğam” sənədli filmi nümayiş etdirilmişdir.

Alman rejissor Klaus Bernhart tərəfindən çəkilmiş filmdə Azərbaycanda caz və muğam musiqisinin tarixindən bəhs edilir, hər iki janrın görkəmli sənətkarları Alim Qasımov, Salman Qəmbərov, Rain Sultanov, Fərhad Bədəlbəyli, Isfar Sarabski ilə müsahibələr təqdim olunur.

 Azərbaycanın musiqi irsinin ayrılmaz tərkib hissəsi olan “Sarı gəlin” xalq mahnısını ilk dəfə Almaniya teleməkanına çıxaran filmdə, həmçinin ölkəmizin tarixi və mədəniyyəti haqqında ümumi məlumat verilir, Azərbaycanın musiqi beşiyi Şuşanın ölkəmizin mədəniyyət və musiqi həyatındakı yeri xüsusi vurğulanır və görkəmli Azərbaycan musiqiçilərinin vətəni olan Dağlıq Qarabağ bölgəsinin hazırda Ermənistan işğalı altında olması qeyd olunur.

Filmin ideya rəhbəri “Alman-Azərbaycan Forumu”nun icraçı direktorunun müavini Pərviz Yəzdaninin sözlərinə görə, televiziyada nümayiş etdirildikdən sonra tamaşaçılardan daxil olmuş çoxsaylı təbriklər filmin Azərbaycan mədəniyyətinin Almaniya ictimaiyyətində təbliğatına necə böyük töhfə olmasından xəbər verir.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Almaniyanın “Das apartment TV” şirkəti və Azərbaycanın “Salnamə” studiyasının birgə istehsalı və “Alman-Azərbaycan Forumu”, Almaniyanın E-ON şirkəti, ARDNŞ və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə ərsəyə gəlmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında