Fərhad Bədəlbəyli: Qəbələ V Beynəlxalq Musiqi Festivalının proqramı çox zəngindir

 

Qəbələ Beynəlxalq Musiqi Festivalının nüfuzu ildən-ilə artır. Builki festivalın proqramı çox zəngindir. Festivalda rəngarəng konsertlər olacaq və fərqli musiqi əsərləri səsləndiriləcəkdir. Düşünürəm ki, Qəbələ V Beynəlxalq Musiqi Festivalı haqqında hələ çox danışılacaqdır.

Bu sözləri Qəbələ V Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli AzərTAc-a müsahibəsində demişdir.

Fərhad Bədəlbəyli konsertlərdə Rusiya, Koreya Respublikası, Türkiyə, Böyük Britaniya, İsrail, Qazaxıstan, Litva, Fransa, İspaniya, Belçika, Fransa, ABŞ və İtaliyanın müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarların və məşhur kollektivlərin iştirak edəcəyini bildirmişdir.

F.Bədəlbəyli festivalda simfonik və kamera konsertlərinin, muğam gecəsinin, caz axşamlarının musiqisevərlərə dünya musiqisinin zənginliyini duymağa imkan verəcəyini qeyd etmişdir.

Bu il festivalın proqramında yubileylərə həsr olunmuş konsertlərin keçirilməsini xüsusi qeyd edən F.Bədəlbəyli bu sırada dahi italyan bəstəkarı Cüzeppe Verdinin iki yüz illik yubileyinin qeyd edilməsi ilə yeni bir ənənənin davam etdirilməsindən danışmışdır. 

Azərbaycanın füsunkar guşələrindən biri olan Qəbələnin ənənəvi beynəlxalq musiqi festivalına ev sahibliyi etdiyini qeyd edən F.Bədəlbəyli burada səslənən musiqinin yerli əhaliyə unudulmaz anlar bəxş edəcəyini, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacağını əminliklə söyləmişdir. O, festival çərçivəsində bir çox maraqlı təqdimatların da keçiriləcəyini bildirmişdir.

Qəbələ V Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi beynəlxalq aləmdə böyük əks-səda doğuran bu möhtəşəm musiqi bayramının təkrarolunmaz dəst-xəttinin olduğunu qeyd etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında