Qəbələ V Beynəlxalq Musiqi Festivalı çərçivəsində məşhur koreyalı pianoçu geniş konsert proqramı ilə çıxış etmişdir

 

İyulun 24-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ V Beynəlxalq Musiqi Festivalının açılışından əvvəl Koreya Respublikasından  olan məşhur pianoçu Hi Youn Çhoe geniş konsert proqramı ilə çıxış etmişdir.

Qəbələ şəhərindəki  “Qafqaz Resorts” otelinin kamera zalında keçirilən konsertdə əvvəlcə Azərbaycanın xalq artisti Zəhra Quliyeva tanınmış pianoçunun həyat və yaradıcılığı barədə məlumat vermişdir.

Daha sonra çıxış edən pianoçu Hi Youn Çhoe tanınmış bəstəkarların mahnıları ilə yanaşı, özünün bəstələdiyi yeni əsərləri də tamaşaçılara təqdim etmişdir.

Öz ifası və bəstələri ilə dünyaya səs salan Hi Youn Çhoe tamaşaçılara unudulmaz gecə bəxş etmişdir.

Hi Youn Çhoe yorulmadan qastrol səfərlərinə çıxaraq musiqisini dünyanın, demək olar ki, hər bir guşəsində məşhurlaşdırmışdır.

Ötən əsrin sonlarından başlayaraq məşhurlaşan Hi Youn Çhoe əsasən caz-pop və fyujn üslubunda ifa edən pianoçu kimi tanınır. O, Şərqin musiqi mədəniyyətinə sadiqliyini qoruyub saxlamış, orijinal pianoçu, özünəməxsus vokalçı kimi uğur qazanmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında