Parisdə xalq rəssamı Toğrul Nərimanbəyovun məzarı ziyarət olunmuşdur

 

Xəbər verildiyi kimi, Azərbaycanın UNESCO-ya üzv qəbul olunmasının 20 illiyi münasibətilə Parisdə mərasim keçirilmişdir.

 Mərasimdə Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak etmişlər.

AzərTAc xəbər verir ki, səfər çərçivəsində nazir Ə.Qarayev Fransa paytaxtının mərkəzində yerləşən Passi qəbiristanlığında SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Toğrul Nərimanbəyovun məzarını ziyarət etmiş, üzərinə gül dəstələri qoymuşdur.

Toğrul Nərimanbəyov cari il iyunun 2-də 83 yaşında Parisdə vəfat etmiş və bu şəhərdə dəfn olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında