“Arşın mal alan” Los-Ancelesdə səhnəyə qoyulacaq

 

Sentyabrın 7-də Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə “Arşın mal alan” operettası bu şəhərdə nümayiş etdiriləcək.

Baş Konsulluqdan APA-ya verilən məlumata görə, tamaşa operettanın 100 illik yubileyinə həsr olunmuşdur.

Operetta dünyanın ən böyük və məşhur opera teatrlarından olan Los-Ancelesin Dorothy Chandler Pavilion opera teatrında səhnəyə qoyulacaq.

Qeyd edək ki, tanınmış opera ifaçısı Plaçido Dominqonun rəhbərlik etdiyi nüfuzlu Los-Anceles Operası öz tamaşalarını sözügedən opera teatrında nümayiş etdirir. 1970-90-cı illərdə “Oskar” mükafatının təqdimetmə mərasimləri məhz Dorothy Chandler Pavilion teatrında keçirilmişdir.

Operettanın prodüseri amerikalı bəstəkar və prodüser Maykl Şnakdır.  M. Şnak 2006-ci ildə “Arşın mal alan” operettasını Vyanada uğurla səhnələşdirmişdir.

 Bütün rolların ifaçıları amerikalı opera müğənniləridir. Operettanın mahnıları Azərbaycan dilində ifa ediləcək, dialoqlar isə ingilis dilində aparılacaq. Los-Ancelesdə fəaliyyət göstərən tanınmış orkestr operettanın musiqisini ifa edəcək.

 Bu, “Arşın mal alan” operettasının ingilisdilli məkanda, xüsusilə də ABŞ-da bu miqyasda və formada ilk səhnələşdirilməsidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında