Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə Beynəlxalq musiqi festivalı keçiriləcəkdir

Heydər Əliyev Fondunun dəstəyi ilə iyulun 25-dən avqustun 5-dək Qəbələdə Beynəlxalq musiqi festivalı keçiriləcəkdir. Artıq ənənəyə çevrilən festival günlərində ABŞ, Rusiya, İngiltərə, Fransa və İtaliyadan gələn istedadlı musiqiçilər Azərbaycanın bu gözəl guşəsində Şərqlə Qərb musiqisinin birgə səsləndiyi möhtəşəm tədbirin iştirakçısı olacaqlar.
Ötən il olduğu kimi, bu il də Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini təqdim etməklə yanaşı, yerli musiqisevərlərə dünya musiqi inciləri ilə yaxından tanış olmağa imkan yaradacaqdır.
Beynəlxalq festivalın qonaqları arasında Yuri Başmet, Boris Berezovski, Al Cerro kimi dünya şöhrətli musiqiçilərlə yanaşı, gənc ifaçılar da vardır. Ötən il olduğu kimi, bu il də onlar üçün ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.
Festival çərçivəsində tamaşaçılara Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və London Kral Filarmonik Orkestrinin ifasında konsert proqramları təqdim olunacaqdır. Proqrama Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Çaykovski, Raxmaninov, Motsart, Şubert və s. bəstəkarların ölməz əsərləri daxildir.
Festivalda ABŞ-da ən yüksək musiqi mükafatı "Qremmi"yə 7 dəfə layiq görülmüş cazmen Al Cerronun çıxışı da nəzərdə tutulmuşdur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında