Xalq şairi Fikrət Qocanın 75 illik yubileyi qeyd edilmişdir

İyulun 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, xalq şairi Fikrət Qocanın 75 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar F.Qocanın mənalı ömür yolundan və zəngin ədəbi-bədii yaradıcılığından geniş söz açmışdır.
Bildirilmişdir ki, Fikrət Qocanın şeirlərində Vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələr öz əksini tapmışdır. Şair dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmişdir. Şairin 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda azadlıq mübarizəsindən bəhs olunmuşdur. Onun bir sıra nəsr əsərləri vardır ki, bu əsərlər də orijinallığı ilə diqqəti cəlb edir.
Şairin zəhməti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. Bu günlərdə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə F.Qoca "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmişdir.
Gecədə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli nazir Əbülfəs Qarayevin yubilyara ünvanladığı təbrik məktubunu oxumuşdur.
Tədbirdə tanınmış musiqiçilər Fikrət Qocanın şeirlərinə yazılmış musiqiləri ifa etmiş və onun şeirlərindən parçalar səsləndirilmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında