Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Nodar Şaşıqoğlu son mənzilə yola salınmışdır

 

 

Aprelin 12-də görkəmli teatr və kino aktyoru, Azərbaycanın və Rusiyanın xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Nodar Şaşıqoğlu son mənzilə yola salınmışdır.  AzərTAc xəbər verir ki, vida mərasimində hökumət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət xadimləri iştirak etmişlər.

Mərhumun cənazəsi Aktyorlar Evinin səhnəsində qoyulmuşdu.

Salonda həzin matəm musiqisi səslənirdi.

Sənətkarın tabutu önünə hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülmüşdü.

Nodar Şaşıqoğlunun həmkarları, dostları, tanışları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun yaradıcılığının pərəstişkarları axın-axın Aktyorlar Evinə gəlir, görkəmli sənətkara və gözəl insana son borclarını verirdilər.

Vida mərasimində görkəmli sənətkar Nodar Şaşıqoğlunun həyat və yaradıcılığından danışan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev aktyorun Azərbaycan teatrında çox böyük iz buraxdığını vurğulamışdır. Bildirmişdir ki, Nodar Şaşıqoğlu sağlığında dövlətin diqqət və qayğısı ilə daim əhatə olunaraq “Şöhrət” ordeninə layiq görülmüş, Prezident təqaüdü almışdır.

Aktyorla bağlı əziz xatirələrini bölüşən Ə.Vəliyev qeyd etmişdir ki, Nodar Şaşıqoğlu 1927-ci ildə Tbilisidə dünyaya gəlmiş, “Mosfilm”, “Dovjenko”, “Odessa”, “Azərbaycanfilm” kinostudiyalarında işləmişdir. Azərbaycan səhnəsində onlarla bir-birindən maraqlı rollar oynayan aktyor “Uzaq sahillərdə” filmində qəhrəman Mehdi Hüseynzadənin obrazından sonra xalqın yaddaşında “Mixaylo” kimi qalmışdır.

“Mədəniyyət” telekanalının rəhbəri, kinoşünas Cəmil Quliyev, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorları-xalq artistləri Aleksandr Şarovski və Məbud Məhərrəmov çıxış edərək görkəmli sənətkarın Azərbaycan teatr sənətinin inkişafında əvəzsiz xidmətlərindən danışmış, onunla bağlı xatirələrini bölüşmüş, aktyorun vəfatını böyük itki hesab etmişlər. Bildirmişlər ki, Nodar Şaşıqoğlu kimi əfsanəvi aktyorun ölümü Azərbaycan mədəniyyəti və kinomuz üçün böyük itkidir. Azərbaycan tamaşaçılarına “Mixaylo” obrazı ilə əziz olan Nodar Şaşıqoğlu “Onun böyük ürəyi”, “Uzaq sahillərdə”, “Əsl dost”, “Matteo Falkone”, “Səhər”, “Bizim küçə”, “Leyli və Məcnun”, “Telefonçu qız”, “De ki, məni sevirsən!”, “Sevinc buxtası” filmlərində çəkilmişdir.

Mərhumun ailə üzvləri istedadlı sənətkarın xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlıqlarını  bildirmişlər.

Sonra görkəmli aktyorun cənazəsi son mənzilə yola salınmışdır.

 Xalq artisti Nodar Şaşıqoğlu İkinci Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

Allah rəhmət eləsin!


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında