Nuşirəvan MƏHƏRRƏMLİ: Serial çəkən şəxslər biznes arxasınca qaçmamalıdırlar

 

 

Serial çəkən şəxslər biznes arxasınca qaçmamalıdırlar. Trend-in məlumatına görə, bunu çərşənbə günü Milli Məclisin Mədəniyyət Komitəsinin iclasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirmişdir.

“Serial çəkən şəxslər biznes arxasınca qaçmamalıdırlar. Çünki dövlət birbaşa buna vəsait ayırır ki, serial çəkən şəxslər biznesi yox, cəmiyyətin maraqlarını birbaşa ifadə edən seriallar ortaya qoysunlar.

Ssenarilərin seçilməsində xüsusi problemlər var. Təəssüf ki, əsas məsələ xəyanət, intiqam üzərində, iş adamı, onun ətrafında olan kriminal dəstə ətrafında qurulur”, – deyə N.Məhərrəmli qeyd etmişdir.

Onun sözlərinə görə, seriallara vəsaitin ayrıldığı birinci mərhələ hazırlıq prosesi idi, indi isə daha çox keyfiyyət məsələsinə fikir veriləcək: “Adətən, bu məsələlərlə bağlı özəl kanallar daha çox tənqid olunurlar. Özəl kanallar əsasən biznes maraqları üzərində yaranıblar, burada işlər reklam üzərində qurulub. Amma dövlət büdcəsindən vəsait ayrılan kanalların bu məsələdə daha fəal olmaları lazımdır, onlar özəl kanalların arxasınca getməməlidirlər”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında