Məhsəti Gəncəvinin xarici ölkələrdəki 70-ə yaxın nadir əlyazması gələn həftə Azərbaycana gətiriləcək

 

 

Məhsəti Gəncəvinin dünyanın müxtəlif kitabxanalarında saxlanılan 70-ə yaxın nadir əlyazması gələn həftə Azərbaycana gətiriləcək.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə məlumat vermişdir. Onun sözlərinə görə, M. Gəncəvinin Misirin İsgəndəriyyə kitabxanasında, ABŞ-ın Metropol Muzeyində və Yel Universitetində saxlanılan 70-dək miniatür, illüstrasiya və rübaisini Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin vasitəçiliyi ilə gətirmək mümkün olacaq. Əlyazmalar XIV-XV əsrlərə aiddir.

S. Pişnamazzadə qeyd etmişdir ki, hazırda dünyanın müxtəlif ölkələrində M. Gəncəvinin 100-ə yaxın illüstrasiyası qorunur. Şairənin 900 illik yubileyi münasibətilə məşhur ingilis tədqiqatçısı Paul Smitin M. Gəncəviyə həsr olunmuş 6 monoqrafiyası da ölkəyə gətirilib. Hazırda onların tərcüməsi üzərində iş gedir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında