Üzeyir Hacıbəyov haqqında film çəkilir

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti "Üzeyir Hacıbəyov" bədii-sənədli filminin istehsalına başlayıb. Film professional Azərbaycan musiqisinin banisi, görkəmli bəstəkar, musiqişünas, dramaturq, jurnalist, pedaqoq və ictimai xadim olan, Üzeyir Hacıbəyovun həyat və yaradıcılığına həsr olunur.
Bəstəkarın opera və operettalarından, musiqi əsərlərindən geniş istifadə olunacaq filmin çəkilişləri görkəmli sənətkarın 125 illik yubileyi ərəfəsində başa çatdırılacaq və tamaşaçılara təqdim olunacaq. Filmin ssenari müəllifi Sərdar Fərəcov, quruluşçu rejissoru Tahirə Hüseynova, quruluşçu operatoru Zahid Bağırovdur. Bundan başqa, muğam və bəstəkar mahnılarının mahir ifaçısı Qulu Əsgərova, görkəmli Azərbaycan şairi Rəsul Rzaya, SSRİ və Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyova, görkəmli ədəbiyyatşünas Həmid Araslıya həsr olunan "Qulu Əsgərov", "Rəsul Rza", "Toğrul Nərimanbəyov", "Həmid Araslı" sənədli filmləri də istehsal prosesindədir. Çəkilişləri Bakıda və Salyanda aparılan "Qulu Əsgərov" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Nigar Əliyeva, operatoru Mətləb Yaqubovdur. Şair Rəsul Rzanın 100 illiyinə həsr olunan "Rəsul Rza" filminin çəkilişləri Bakıda, Moskvada, İstanbulda, Gəncədə, Göyçayda aparılır. Filmin ssenari müəllifi Anar, rejissoru Ramiz Həsənoğlu, operatoru Eldar Məmmədovdur. Rəngkarlıq sənətinin görkəmli nümayəndəsi Toğrul Nərimanbəyovun həyat və yaradıcılığına həsr olunan filmin çəkilişlərinin Bakıda, Göyçayda, Lənkəranda və Parisdə aparılması nəzərdə tutulub. Filmin ssenari müəllifi Möhbəddin Səməd, rejissoru Oqtay Babazadə, operatoru Adil Abbasovdur. "Həmid Araslı" filminin ssenari müəllifi Eldar İskəndərzadə, rejissoru Vasif Məmmədzadə, operatoru Mahir Cahangirovdur. Görkəmli bəstəkar, professor Xəyyam Mirzəzadəyə, görkəmli muğam ifaçısı İslam Rzayevə, Azərbaycan Dövlət tarix muzeyinə həsr olunmuş "Bir ömrün fəsilləri", "Ürəklərdə qalaydım: İslam Rzayev", "Tarix muzeyi" filmlərinin isə istehsalı başa çatıb.
Azərbaycan Teleradio Verilişləri QSC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, Xəyyam Mirzəzadənin həyat və yaradıcılığına həsr olunmuş filmdə bəstəkarın sənət haqqında düşüncələri və bəstələdiyi musiqilərdən fraqmentlər öz təcəssümünü tapıb. Filmin ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Tahirə Hüseynova, operatoru Zahid Bağırovdur. İslam Rzayevin sənət taleyinə həsr olunmuş "Ürəklərdə qalaydım" filminin ssenari müəllifi Zərifə Ağahüseynqızı, rejissoru Mikayıl Əjdəroğlu, operatoru Nəriman Şıxəliyevdir. Azərbaycan Dövlət Tarix Muzeyinin dünəninə və bu gününə həsr olunmuş filmin ssenari müəllifi Camal Yusifzadə, rejissoru Rafiq Dadaşov, operatoru Mətləb Yaqubovdur.{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
July, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında