V.Kərimov-65

Xatirə gecəsi
Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Film Fondunun təşkilatçılığı ilə Azərbaycanın əməkdar incəsənət xadimi, görkəmli kinooperator və kinorejissor Valeri Kərimovun 65 illik yubiley gecəsi və sənətkara həsr edilmiş fotosərginin açılış mərasimi keçirilmişdi. Bu barədə nazirliyin mətbuat xidməti bildirmişdir.
Valeri Kərimov operator sənəti baxımından özünəməxsus üslubu ilə seçilən sənətkarlarımızdan biri olmuşdur. O, professional kinooperator kimi 30-a qədər film çəkmişdir. V.Kərimov çəkdiyi filmlərdə Azərbaycanın zəngin təbiətini, gözəl guşələrini tərənnüm etmiş, ələlxüsus xalqımızın özünəməxsus xüsusiyyətlərini qabarıq şəkildə göstərməyə çalışmışdır.
O, bir neçə il kinostudiyada işıqçı, operator assistenti işləmiş, 60-cı illərin sonunda Moskvaya gedərək ÜDKİ- nin kinooperatorluq fakültəsinə daxil olmuşdur.
Kinostudiyada gənc operatorun ilk böyük işi 1974-cü ildə çəkdiyi "Çarvadarların izi ilə" bədii televiziya filmidir. Elə həmin il operator "Ömrün səhifələri" kinoalmanaxında iki novellanı lentə almışdır: "Baldadaşın ilk məhəbbəti" və "Nəğmə dərsi". Onun çəkdiyi filmlər arasında müxtəlif janrda və mövzuda filmlər vardır: "Alma almaya bənzər", "Yuxu", "De ki, məni sevirsən", "Qaladan tapılan mücrü", "Arxadan vurulan zərbə", "Qorxma, mən səninləyəm", "Qızıl uçurum", "Yarımçıq qalmış mahnı", "Ailə", "Sizi dünyalar qədər sevirdim","Bir ailəlik bağ evi", "Ötən ilin son gecəsi", "Sürəyya" və s.
Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi A.Quliyev "Sizi dünyalar qədər sevirdim" filmi ilə bağlı demişdir: "Filmin yaradıcıları Belarusiyada, qarlı çöllərdə, çoxsaylı hərbi texnika ilə mürəkkəb çəkilişlər aparmışlar. Bunlar heç bir kadrda butaforiya kimi görünməmişdir. Döyüş səhnələri Valeri Kərimov tərəfindən yaxşı çəkilmişdir..."
V.Kərimov son vaxtlar özünü rejissorluq sahəsində də sınamış və "Həmyerli" bədii filminə quruluş vermişdir. Azərbaycanın Kinematoqrafçılar İttifaqının katibi olan V.Kərimov bu sahədə də səmərəli iş aparmışdır.
Bu il 65 yaşı tamam olan istedadlı operator və rejissor V.Kərimov sənət aləmində öz imzasını qoymuş sənətkarlarımızdandır.{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında