Görkəmli maestro Vaqif Mustafazadənin həyat və yaradıcılığına həsr olunmuş musiqi albomu nəşr edilmişdir

 

 

Albom Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində hazırlanmışdır

 Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində virtuoz ifaçı, görkəmli musiqiçi Vaqif Mustafazadənin həyat və yaradıcılığına həsr olunmuş musiqi albomu nəşr edilmişdir.

Bu barədə AzərTAc-a Heydər Əliyev Fondundan məlumat verilmişdir.

Alboma Rauf Fərhadovun müəllifliyi ilə Azərbaycan mədəniyyətində silinməz iz qoyan dahi pianoçunun parlaq yaradıcılığından bəhs edən kitab və audio disk daxildir.  

Vaqif Mustafazadə milli cazın inkişafına dəyərli töhfələr vermiş, fərqli iki musiqi mədəniyyəti arasında ümumi cəhətləri taparaq onları  qoşalaşdırmaq istəyini uğurla gerçəkləşdirə bilmişdir. O, caz və muğamı özünəməxsus şəkildə sintez edərək  yeni və ecazkar bir musiqi janrı yarada bilmişdir.

İmpravizə ustadının yaradıcılığına həsr olunmuş kitabda ötən əsrin 20-ci illərindən başlayaraq Avropa və sovet incəsənət aləmində tanınan cazın janr kimi inkişaf  tarixçəsi təqdim olunur. 1920-ci illərdə Qafqazın Parisi sayılan Bakı açıq şəhər hesab olunduğundan caz  çoxsaylı millətlərin musiqisini özündə birləşdirən janr kimi burada münbit zəmin tapmışdı. Cazın qaynaqları, inkişaf tarixi barədə geniş informasiyaların yer aldığı kitabda 1939-cu ildə xalq artisti, görkəmli bəstəkar Tofiq Quliyevin yaratdığı Azərbaycan Dövlət Caz Orkestri və mahir ifaçılar barədə də maraqlı məqamlar vardır.

Ötən əsrin 60-cı illərində Bakı mühiti cazın “qızıl əsr”i kimi qiymətləndirilirdi. Belə bir mühitdə yetişən Vaqif  Mustafazadənin caz və muğamın sintezində etdiyi eksperimentlər böyük tamaşaçı sevgisi qazanmışdı. Onun qısa, lakin musiqi dolu  həyatının önəmli mərhələlərindən bəhs edən kitabda maraqlı fotoşəkillərlə yanaşı, yaxın çevrəsindən, sənət dostlarından və doğmalarından da  ətraflı bəhs edilir. Albomda təqdim olunan audio diskdə isə maestronun bütün ifaları toplanmışdır.

Mədəni irsimizin qorunması və təbliği istiqamətində gerçəkləşən layihəni XX əsr musiqi mədəniyyətimizin daha bir tarixi mərhələsi haqqında dəyərli tədqiqat kimi qiymətləndirmək olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında