Səbaillilərin Novruz sovqatı

 

 

Xalqımızın ən əziz bayramlarından  olan Novruz  Səbail rayonunda da geniş şəkildə qeyd olunur.

Bayram ərəfəsində rayonda geniş abadlıq-quruculuq, təmizlik işləri aparılmış, təhsil müəssisələrində baharın gəlişinə həsr olunmuş tədbirlər keçirilmiş, mədəniyyət ocaqlarında tamaşalar hazırlanmışdır.

Rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələrin, məcburi köçkünlərin bayram tədarükü işlərində Səbail Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda yerləşən idarə və təşkilatlar, bələdiyyələr, iş adamları yardımçı olmuşlar. Ayrı-ayrı xeyriyyəçilərin dəstəyi ilə əziz bayram münasibətilə rayonda yaşayan aztəminatlı ailələr üçün zəruri ərzaqlardan ibarət bağlamalar  təşkil olunmuşdur.

Bayıl yaşayış sahəsindəki “Bakı gecələri” restoranında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə geniş bayram şənliyi keçirilmişdir.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini vurğulamışdır. O, bayramla bağlı görülən işlər barədə məlumat verərək bildirmişdir ki, hazırda rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri cəbhə bölgəsində, düşmənlə birbaşa təmas xəttində xidmət edən əsgərlərimizin qonağıdır və onları təbrik etmək üçün xeyli sovqat aparmış və böyük konsert proqramı təşkil etmişlər.

Bayramla əlaqədar hazırlanmış ərzaq bağlamaları 2 gün ərzində 3500-dən çox ailəyə təqdim olunacaqdır. Bayram tədbirləri rayonun qəsəbələri, yaşayış sahələri  və rayonda  yerləşən hərbi hissələrdə də keçiriləcəkdir.

Tədbirdə çıxış edənlər Novruz bayramının ölkədə böyük  təntənə ilə keçirilməsinə və göstərilən yardımlara görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

R.TAHİR, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında