Xızıda xalq şairi Cabir Novruzun 80 illik yubileyinə həsr olunmuş bədii yaradıcılıq gecəsi təşkil edilmişdir

 

 

Xızı rayonunun Giləzi qəsəbə klubunda rayon mədəniyyət və turizm şöbəsinin və mərkəzləşdirilmiş kitabxana sisteminin təşkilatçılığı ilə xalq şairi Cabir Novruzun anadan olmasının  80 illik yubileyinə həsr edilmiş bədii yaradıcılıq gecəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə tanınmış ziyalılar, təhsil, mədəniyyət işçiləri, musiqiçilər, şairin ailə üzvləri, ictimaiyyət nümayəndələri  iştirak etmişlər.

Tədbirin giriş hissəsində  Cabir Novruzun həyat və yaradıcılığını əks etdirən fotoslayd, videoçarx nümayiş etdirilmişdir.

Mərasimdə şairlər Vüqar Əhməd, Ağasəf Yəhyayev və digərləri çıxış edərək gözəl insan, istedadlı şair  Cabir Novruz haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.

Bildirilmişdir ki, şairin poeziyası XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq səhifələrindən birini təşkil edir və onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilərək böyük şöhrət qazanmışdır. Cabir Novruzun şeirlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən bu gün də böyük rəğbət və sevinclə qarşılanır.

Şairin ailə üzvləri adından oğlu Müşfiq Novruz çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirmişdir.

Tədbirdə “Xızı dağları” ansamblının ifasında musiqilər səslənmiş, Mikayıl Müşfiq adına Giləzi qəsəbə orta məktəbinin  şagirdləri Cabir Novruzin poeziyasından nümunələri xüsusi həvəslə söyləmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında